Capoeira - Brazilya əsilli idman növüdür

14 Aralık 2015
1 537
0
Capoeira - Brazilya əsilli idman növüdür
Capoeira - Brazilya əsilli idman növüdür

Brazilyada yaşayan Afrika əsilli kölələrin özlərini müdafiə üçün təkmilləşdirdiyi bu idman növü Brazilya başda olmaqla dünyanın 120 yaxın ölkəsində mövcuddur. Estetik görünüşü, musiqi, rəqs və döyüşü özündə cəmləşdirməklə digər döyüş növlərindən fərqlənir. Bir çox insana görə "Capoeira" bir döyüş sənəti, öznünü müdafiə üsulu və ya sadəcə bir oyun ola bilər. Capoeira döyüş sənəti Azərbaycanda ilk dəfə 1997-ci ildə Taleh Natiq oğlu Orucov tərəfindən yaradılmışdır. 2007-ci ilin sonunda Azərbaycan Kapoeyra Federasiyası təsis edilir və dövlət qeydiyyatına alınır. Hal-hazırda paytaxtımız Bakıda və Azərbaycanın bir çox regionlarında, o cümlədən Gəncədə, Sumqayıtda, Lənkəranda, Qusarda, Şəkidə, Qaxda, Mingəçevirdə, Goranboyda, Qazaxda, Ağstafada, Beyləqanda Azərbaycan Kapoeyra Federasiyası rəsmi məktəbləri yaradılmış və günü-gündən bu məktəblərin sayı artmaqdadır. Bu gün Azərbaycan kapoeyraçıları ölkəmizi beynəlxalq aləmdə, o cümlədən Beynəlxalq yarış, festival və seminarlarda layiqincə təmsil edirlər..
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.