Qəzavü qədər haqqında

02 Şubat 2015
9 220
0
Qəzavü qədər haqqında
Qəzavü qədər haqqında

Sünnilәrә görә qәzavü-qәdәr.
Әvvәllәr qәzavü-qәdәr mәsәlәsi mәnim üçün çox çәtin vә başa düşülmәyәn bir mәsәlә idi. Fikrimi rahat edib, qәlbimi qane edәcәk bir tәfsir tapa bilmirdim. Bu mәsәlә haqqında çaşıb qalmışdım. Bir tәrәfdәn sünni mәktәbindә öyrәnmişdim ki, insan tәbiәtinә uyğun olan әmәllәrә sövq etdirilir vә Allah-tәala insan övladına, anasının bәtnindә ikәn, iki mәlәk göndәrir vә bu mәlәklәr onun әcәli, ruzisi, әmәli vә şәqavәt (bәdbәxtçilik), ya sәadәt әhli olacağını yazırlar.“Sәhih Müslüm”, c. 8, sәh. 44.

Digәr tәrәfdәn dә ağlım ilә vicdanım Allahın әdalәtli olduğunu vә bәndәlәrinә zülm etmәdiyini söylәyirdi. Axı necә ola bilәr ki, Allah özünün yazdığı vә sövq etdirdiyi әmәllәrә görә insanlardan hesab çәksin?
Başqa müsәlman gәnclәr kimi mәn dә fikri baxımdan tәzadlar içindә yaşayırdım.
Bir tәrәfdәn düşünürdüm ki:

“Allah gördüyü işlәr barәsindә sorğu-sual olunmaz”. (Әnbiya surәsi, 23-cü ayә)

“O, istәdiyini edәndir”. (Buruc surәsi, 16-cı ayә)

O mәxluqatı yaratdı, bir qismini cәhәnnәmdә qәrar verdi, digәr bir qismini isә cәnnәtdә. Digәr tәrәfdәn dә deyirdim ki:

“Hәqiqәtәn, Allah (heç kәsә) zәrrә qәdәr zülm etmәz”. (Nisa surәsi, 40-cı ayә)

“Sәnin Rәbbin bәndәlәrinә zülm edәn deyildir”. (Fussilәt surәsi, 46-cı ayә)

“Allah insanlara heç zülm etmәz, ancaq insanların özü bir-birlәrinә zülm edәrlәr”. (Yunus surәsi, 44-cü ayә)

Vә hәdisdә dә deyildiyi kimi, “O, mәxluqatına bir ananın uşağına bәslәdiyi mәhәbbәtdәn daha çox mәhәbbәt bәslәyәr”.“Sәhih әl-Buxari”, c. 7, sәh. 75.

Bәzәn bu mövzu ilә әlaqәdar Qur’an ayәlәrini oxuyanda belә ziddiyyәtli mәfhumlarla qarşı-qarşıya qalırdım. Bәzәn insanın öz әmәllәrinin mәsulu olduğunu anlayırdım.

“Kim zәrrә qәdәr yaxşı iş görsә, onun xeyrini görәcәkdir. Kim zәrrә qәdәr pis iş görsә, onun zәrәrini görәcәkdir”. (Zәlzәlә surәsi, 7-8-ci ayәlәr)

Bәzәn dә insanın müәyyәn bir cәhәtә sövq etdirildiyini, heç bir qüdrәti olmadığını vә özünә bir fayda, ya zәrәr vermәyә vә ruzi qazanmağa qadir olmadığını anlayırdım:

“Allah istәmәsә, siz istәyә bilmәzsiniz”.(İnsan surәsi, 30-cu ayә)

“Allah istәdiyini yoldan çıxardar, istәdiyini dә doğru yola salar”.(Fatir surәsi, 8-ci ayә)

Yalnız mәn deyil,demәk olar ki, müsәlmanların әksәriyyәti bu fikri paradoksu tәcrübә edirlәr. Elә buna görә dә alimlәrin çoxundan qәzavü-qәdәr mәsәlәsini soruşduğun vaxt görürsәn ki, verdiklәri cavab özlәrini belә, qane etmir. Buna görә dә “bu mәsәlә barәdә çox fikirlәşmәmәlisәn”, ya “bu mәsәlә barәdә bәhs etmәk haramdır”, ya da “hәr müsәlman qәzavü-qәdәrә inanmalı vә xeyir-şәrin Allah tәrәfindәn olduğunu qәbul etmәlidir” vә sairә bu kimi sözlәr deyәrәk cavab vermәkdәn boyun qaçırırlar.
Onlardan “Necә olar ki, Allah-tәala bir bәndәsini günah etmәyә mәcbur etdikdәn sonra onu cәhәnnәmә atsın?”-deyә soruşulduğu vaxt da cavab vermәk әvәzindә sual verәni kafir, zindiq olmaq vә dindәn çıxmaqda ittiham edirlәr. Buna görә dә ağıllar daşlaşıb vә artıq camaat evlәnmәyin, boşanmağın vә hәtta zinanın da qәzavü-qәdәr olduğuna inanırlar. Hәtta deyirlәr ki, yemәk vә içmәk dә insanın iradәsindәn asılı deyildir vә Allahın bizim üçün yazdığı şeydәn başqa, heç bir şey yeyib içә bilmәrik.
Yәni bir nәfәr şәrab içsә dә, adam öldürsә dә bunu seçmәyibdir.Belә sözlәri bir-birinin ardınca söylәyәn alimlәrimizdәn birinә belә dedim: “Axı Qur’an sizin iddialarınızı tәkzib edir. Dediklәrinizdә hәdisә әsaslanırsınızsa, onda hәmin hәdislәr yalandır. Çünki, Peyğәmbәr (s)-in hәdisi Qur’ana zidd ola bilmәz.

Allah-tәala Qur’anda belә buyurur:

“…Bәyәndiyiniz qadınlarla evlәnin…” (Nisa surәsi, 3-cü ayә)

Bu ayә arvadı seçmәkdә insanın azad olduğuna dәlalәt edir.

Allah-tәala talaq barәsindә isә belә buyurur:
“(Ric’i) talaq vermә (boşanma) iki dәfә mümkündür, ondan sonra yaxşı dolanmaq, ya da xoşluqla ayrılmaq gәrәkdir…” (Bәqәrә surәsi, 229-cu ayә)

Burada da insan seçmәkdә azaddır.
Zina barәsindә isә İsra surәsinin 32-ci ayәsindә belә buyurur:
“Zinaya da yaxın düşmәyin. Çünki o, çox çirkin bir әmәl vә pis bir yoldur”.

Bu ayә göstәrir ki, zinaya yaxın düşmәk, ya da düşmәmәk adamın öz әlindәdir.

Şәrab barәsindә dә Maidә surәsinin 91-ci ayәsindә belә buyurur:
“Şübhәsiz ki, şeytan içki vә qumarla aranıza әdavәt vә kin salmaq, sizi Allahı yada salmaqdan vә namaz qılmaqdan ayırmaq istәr.Artıq bu işә son qoyacaqsınızmı?”

Bu ayәdә dә insanın azad olduğu açıqca bәyan olunubdur.

Adam öldürmәyә gәldikdә isә, Allah-tәala bu haqda Әn’am surәsinin 151-ci ayәsindә belә buyurur:
“…Allahın (qәtlini) haram buyurduğu şәxsi haqsız yerә öldürmәyin…”

Hәmçinin Nisa surәsinin 93-cü ayәsindә belә buyurur:
“Hәr kәs bir mömin şәxsi qәsdәn öldürsә onun cәzası әbәdi qalacağı cәhәnnәmdir. Allah ona qәzәb vә lәnәt edәr, onun üçün şiddәtli әzab hazırlar”.

Bu ayә dә insanın öldürmәk mövzusunda azad olduğunu göstәrir.

Allah-tәala hәtta yemәk vә içmәk barәdә dә bizә yol göstәrib vә Ә’raf surәsinin 31-ci ayәsindә belә buyurub:
“…Yeyin vә için: amma israf etmәyin O israf edәnlәri sevmәz”.

Bu ayә dә insanın azad olduğuna dәlalәt edir. ”
Bu ayәlәri misal gәtirәndәn sonra hәmin alimdәn soruşdum: “Bәs siz Allahın insanı müәyyәn bir tәrәfә yönәltdiyini necә söylәyә bilirsiniz?” O belә cavab verdi: “Kainatda tәsәrrüf edәn yalnız Allahdır” vә dәlil olaraq Ali-İmran surәsinin 26-cı ayәsini qeyd etdi. Hәmin ayәdә Allah-tәala belә buyurur:

“De ki, Ey mülkün sahibi olan Allah! Sәn mülkü istәdiyin şәxsә verәr, istәdiyin şәxsdәn alarsan, istәdiyin şәxsi yüksәldәr vә istәdiyin şәxsi alçaldarsan. Xeyir yalnız Sәnin әlindәdir. Hәqiqәtәn, Sәn hәr şeyә qadirsәn”.

R.T.Zemichka
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.