Edama Məhkum Xəyallar {3. Bölüm}

20 Şubat 2016
1 762
2
Edama Məhkum Xəyallar {3. Bölüm}
Edama Məhkum Xəyallar {3. Bölüm}


3. Bölüm

Edama Məhkum Xəyallar {3. Bölüm}

Mariya oğlanı gördükdә çox hәyәcanlanmışdı. Araya sükut çökmüşdü.
- Mariya, gәlәn kimdir? - az sonra anasının sәsi Mariyanın hәyәcanını darmadağın
etdi.
- Oo.. Edvard, sәni hansı külәk atdı buraya?
- Ana, siz Edvardla tanışsınız?
- Əlbәttә qızım, o, yazardır. Mәnim işlәdiyim binada çalışır. İş yoldaşı sayılırıq yәni.
Bilirsәn, orda hamı bir-birinin mәslәhәtlәrindәn faydalanmağı sevir.
Ah, Edvard, bağışla, gözlәtdim, keç içәri.

- Heç önәmi yoxdur, tәşәkkürlәr.
- Mariya, qızım çay gәtir. Hә, Edvard. İşlәr necәdir? Yeni hekayәlәr tapmısan? Bilirsәn,
sәnin hekayәlәrini hamı bәyәnir.

- Fikirlәşirәm, ancaq hәlә ki tapa bilmәmişәm. Çünki bu dәfә daha mürәkkәb bir
kitab yazmağa çalışıram. Özünüz dә bildiyiniz kimi hekayәdә nә qәdәr çox obraz
olarsa, hekayәni yazmaq vә davam etdirmәk dә bir o qәdәr çәtin olur.

- Hә, әlbәttә. Sәninlә tam razıyam.
- Buyurun.
- Mariya çayları gәtirib masanın üstünә qoydu.
- Qızım, sәn orda nә edirdin? Niyә gecikdin?
- Hәr halda kefdә deyildim. Qızmağını gözlәyirdim. Soyuq çay içmәdiyinizә görә.
- Yaxşı, yaxşı, әsәblәşmә.
- hәr bir anaya xas olan "kinli" gülüşlә gülümsәdi.
- Hә Edvard. Bu da mәnim qızımdır vә o da pianoçudur. Daha doğrusu olacaq...
- Wow.. Anasının peşәsini davam etdirәcәk yәni... Mәncә dә maraqlı peşә seçib.
- Elәdir.

Edvard hәlә dә tәәccüb içindә idi. "Axı belә bir tәsadüf necә ola bilәrdi?
Nә isә, bir tәrәfdәn yaxşı oldu."
- fikri tәsәlli oldu.
- Nә isә, artıq mәn gedim. Gec oldu.
- Tәzә gәlmişdin, nә oldu belә?!..
- Artıq gecdir, evdә mәni gözlәyirlәr. Sağ olun.
- Yaxşı yol. Mariya, Edvardı ötür...

Mariya gözlәrini qısıb anasına baxdı. Sanki anası az öncәki şıltaqlığa görә onu
cәzalandırırdı. Mariya sakitcә qapının yanına qәdәr Edvardı ötürdü.
- Tanış olduğuma şad oldum. Əslindә sizin Eva xalanın qızı olduğunuzu bilmirdim.
Tәәccüblәndim, doğrusu...

- Əvvәlcә çox xahiş edirәm "siz" söhbәtini aradan götürәk. Bәli, mәn dә sәnin anamın
iş yoldaşı olduğuna inanmaq istәmәdim. Tәәccüblüyәm. Amma bir tәrәfdәn dә
tanışlığa şadam. Gecәn xeyrә.

- Gecәn xeyrә.

- İlahi, bu nәdir? Dәli olacam. - Mariya fikirlәşirdi.
Az sonra salona keçdi. Əylәşib hәmişәki kimi telefonda Caroline'la danışmağa
başladı.
Anası isә artıq yuxuda idi. Bir azdan Mariya da otağına getdi. Amma yatmaq
istәmәmәsi normal idi...

***

Sәhәr idi. Günәşin şüaları Mariyanın otağının açıq pәncәrәlәrindәn içәri dolmuşdu.
Şüaların istiliyi vә şәhәrin sәs küyü onu ayılmağa vadar etdi. Xoşbәxt gün idi. Hava
hәmişәki kimi ilıq idi. Yağış da yağmırdı. Bir sözlә, Mariyanın әn sevdiyi hava var idi
bu gün. Mariya paltarlarını geyinib mәtbәxә getdi. Anası işdә idi. Yemәk yemәmәk
adәti idi, amma bu gün nәdәnsә yemәk yemәk istәdi. Ümumiyyәtlә, onun belә bir
xüsusiyyәti var idi: yemәk istәyәndә sevdiyi yemәyi yeyirdi. Əgәr yoxdursa, nә qәdәr
әrincәk olsa da, sevdiyi yemәyi bişirirdi vә bu çox vaxt yumurta olurdu.
Mariya yemәyini yeyib Edvarsı görmә ümidi ilә çölә çıxdı. Dayanacağa gәlib 66 saylı
avtobusu gözlәyirdi. Oğlanı görmәdi. Deyәsәn bu gün başqa avtobusla getmişdi.
Kefini pozmadan avtobusa minib konservatoriyaya yollandı.
Ancaq mümkün idimi ki, belә şey, sevdiyi birinin ardınca gәlmәyәn oğlan?! Mariya
Edvardı gördü. Bu onda nә qәdәr hiddәt doğursa da, gülmәyә başladı. Elә bu vaxt
ona dәli diaqnozu qoymaq olardı.
Yolda olan Edvardla qısa söhbәtdәn sonra Mariya növbәti dayanacaqda düşdü vә
oxuduğu binadan içәri girdi. Qarşıda Caroline'ı görüb tez yanına qaçdı.
- Hey, necәsәn?
- Yaxşıyam, әzizim. Bu gün mәnә onun haqqında danışacaqsan.
- Yaxşı.
- Qızlar... Mariya...
-bu vaxt Mariyagilә dәrs keçәn müәllimәnin sәsi eşidildi.
- Hә, gözümüz aydın, yenә tapşırıq. Sanki bu boyda binada işlәdәcәk bir biz
qalmışıq.
- deyә Caroline şikayәtlәndi. Bu ona mәxsus olan әn ali cәhәt idi. Qızlar
yeni tapşırığın nә olduğunu öyrәnmәk üçün müәllimәnin yanına yollandılar.


Edama Məhkum Xəyallar {3. Bölüm}


Müəllif: Rasim Yusifov
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Jessica
    Bu bölüm mənə daha maraqlı gəldi in şə Allah sonradan maraqı qaçmaz bəzi hekayələrin əvvəli maraqsız olur bəzilərində sonun bu hekayə onlardan olmaz :))
  2. allah bendesi
    artiq dahada maraqli olmaga başlayir heyecanlandirir..ardini sebrsizlikle gozleyecem cetin olsada:)))..ellerin var olsun baci:*
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.