Edama Məhkum Xəyallar {5. Bölüm}

22 Şubat 2016
1 800
3
Edama Məhkum Xəyallar {5. Bölüm}
Edama Məhkum Xəyallar {5. Bölüm}


5. Bölüm

Edama Məhkum Xəyallar {5. Bölüm}

Mariya evә çatan kimi mәtbәxә girdi. Anası hәlә gәlmәmişdi. Bu, ona o qәdәr dә
tәәccüblü gәlmәdi,"yәqin işi bir az çox olub" deyә fikirlәşdi vә qazana soxuldu.
Bütün yemәklәrdәn yedi... Sonra pianonun arxasına keçib әn sevdiyi musiqini -
Chopin - waltz op. 64 no. 2'ni çalmağa başladı. Passaj hissәsini çox çәtinliklә çalırdı,
hәtta bәzәn çaşırdı vә özünә buna görә tez-tez hirslәnirdi dә. Ancaq neylәmәk olar?!
O, musiqinin notlarını yenicә tapmışdı. Bir azdan pianonun qarşısından telefona
keçdi. Edvarddan mesaj gәlmişdi. Mariya mesajı görәndә әli әsdi, dünya başına
fırlandı sanki... Telefonun ekranı çilik-çilik oldu... Axı bu necә ola bilәrdi? Göz yaşları
qeyri-ixtiyari axmağa başladı... Yox, yox, yooooxx..! Bu ola bilmәzdi... Anası ölә
bilmәzdi.
Edvard yanında olsaydı, bәlkә dә öldürmüşdü bu xәbәrә görә onu. Az sonra
qapı döyüldü. Mariya gözlәrini silib qapını açdı vә tәxmin etdiyi kimi Edvard idi...
Mariya yenә göz yaşlarını saxlaya bilmәyib özünü Edvardın ixtiyarına buraxdı.
Edvard isә kövrәlsә dә, özünü әlә almağa çalışır vә tez-tez tәsәlli verirdi:
- Hey, Mariya... Bәsdir, güclü ol bir az. Ağlama! Güclü ol... Anan xәstәxanadadır, bәlkә
sağaldı.

Mariya bunu eşidәn kimi tez әynini geyindi vә Edvarddan onu hәmin xәstәxanaya
aparmasını istәdi. Edvard çarәsiz qalıb onu da götürüb Nyu-York şәhәr Cәrrahiyyә
xәstәxanasına apardı. Növbәtçidәn otağın nömrәsini soruşdular. Cavabı alan kimi
dәrhal 256 nömrәli otağa qaçdılar. Elә hәmin vaxt hәkim otaqdan çıxırdı. Mariya
hәkimin yaxasından yapışıb ağlamağa başladı:
- Anama nә olub? Tez olun deyin, yalvarıram. Sağalacaqmı anam? Yalvarıram,
susmayın... Yalvarıram...

- Ananızın vәziyyәti haqqında dәqiq bir söz demәk çәtindir. Sağalıcağına dair
ehtimal әn az 20%-dir... Hәlә ki, komadadır. Sabah axşama qәdәr ayılması lazımdır.
Başınız sağ olsun!

Mariya hәyatının çöküşünü yaşamışdı. Heç bu qәdәr böyük bir zәrbә vurmamışdı
hәyat ona. Hәqiqәtәn, hәyat çox әdalәtsiz rәqibdir. Hәyat hәqiqәtәn oyundur. Amma
hәmişә qaydaları pozur... Hәmişә! Buna görә isә onu sadәcә rәqib tәrәf (siz)
günahlandırırsınız. Sanki hakimi satın almış hәyat... Yox ya, olmaz belә. Hәyat
düzәlmәz..! Arxadan vurmaqda davam edәr, hәr nәfәsdә acı verәr... Xoşbәxtliyini
әlindәn alar. Ta ölәnә qәdәr... Lakin hüzur üçün dözmәk lazımdır...
Mariya bu gecәni xәstәxanada keçirdi. Edvardla birlikdә. Sabah Edvardın tәkidi ilә
evlәrinә gedib bir saat yatdı. Oyanan kimi birinci sözü "Ana!" oldu. Axşam idi artıq,
xәstәxanaya gәldilәr. Hәkimdәn ayılıb-ayılmadığını soruşdular. - Yox!
Bu cavaba qatlanmaq çox çәtindir. Kim alışar biricik anasının yoxluğuna. Daha ona
doyamamışkәn... Gözlәmәkdәn başqa çarә qalmırdı. Yenә dә gözlәmә
oturacaqlarına әylәşdi. İçәri buraxmırdılar deyә anasından ötrü burnunun ucu
göynәyirdi. Gözünün qabağında illәrin macәraları film fraqmenti kimi canlanırdı.
Yadına bir hadisә düşdü vә ixtiyarsız olaraq gülmәyә başladı... Bu gülüşdә nәlәr
gizlәnmәmişdi... Hadisә gözlәrinin önünә gәldikdә sadәcә yorğun vә yüngül sezilәn
istehzalı gülüş atırdı. Hadisә belә olmuşdu:
Hәlә o vaxtı atası sağ idi. Anası bağ evlәrindә yemәk bişirirdi. Mariya çayın qırağına
gәldi. Balaca idi. 5-6 yaşı ancaq olardı. Çayın içindә balaca oyuncaq axırdı. Mariya
әyilib götürmәk istәyәndә ax qalmış çaya yıxılmışdı vә atası tez tutmuşdu. Uşaq
ağlı... O vaxtdan atasına çox böyük sevgi hissi ilә baxırdı. Atası vәfat edәndә dә çox
üzülmüşdü. Yemәdәn-içmәdәn kәsilmişdi. Bir ay elәcә davam etmişdi. Sonra
alışmağa başladı, amma hәyatın әn acı intiqamı atasını almağı olmuşdu. Hәr dәqiqә
atasının yoxluğunu bütün vücudu ilә hiss edirdi...
- Mariya xanım, Mariya xanım... - hәkimin sәsi onu xәyallardan ayırdı.
- Hә, eşidirәm.
- Ananız gözәrini açdı. Az sonra görә bilәrsiniz. Keçmiş olsun...

Mariyanın bu an hәyәcanını sözlәrlә tәsvir etmәk mümkün deyildi... O qәdәr sevindi
ki... Az qaldı hәkimi qucaqlasın. Amma tez dә fikrindәn daşındı. Tez Edvarda xәbәr
vermәk istәdi. Amma yox idi... Tez aşağı qaçdı. Növbәtçidәn onun hara getdiyini
soruşdu.
- Yaxındakı binadadır. Çıxanda tәsadüfәn fikir verdim.
Mariya çölә çıxıb tez ora tәrәf qaçdı. Bu nәdir? Mariya nәyin qarşısındadır? Bura
böyük, gözәl әl işlәmәlәri olan günbәzli bir bina idi. Lakin әzәmәtli olduğu dәqiq idi!

Mariya binanın qarşısında donub qalmışdı. Bu dәqiqә binanın hәr daşı doğma
sayılırdı ona. Sәbәbini özü dә anlamırdı yәqin ki. Heykәl kimi oraya tamaşa edirdi.
Sonra özünü fikirlәrdәn ayırıb açıq qapıdan içәri göz yetirdi. Edvardı arxası dönsә dә,
tanıdı. Mariyaya özgә olan hәrәkәtlәr edirdi. Amma diqqәtlә baxsanız, görәrsiniz ki,
orda Mariya üçün doğmalıq var... Mariya bu dәqiqә onu qarşılayan sürprizin nә
olduğunu bilmirdi... Az sonra Edvard binadan çıxdı. Mariyanı görüb güclә başa
düşülәn bir tәәәccüblә ona baxdı... Mariyanın anlaşılmaz üz ifadәsi Edvardı bir az da
çaşdırdı... Mariya Edvardı görüb tәlәsmәdәn yanına getdi vә suala bәrabәr baxışlarla
ona baxdı:
- Bura nәdir?
- Mәscid... Burda müsәlmanlar namaz qılırlar...



Edama Məhkum Xəyallar {5. Bölüm}


Müəllif: Rasim Yusifov
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. alara
    • alara
    • 23 Şubat 2016 15:47
    bunu hec oxumamiusdim digerleri qeder maraqlidir
  2. Jessica
    Bu bölümü bəyəndim
    Anasının başına gələnlər hekayədə biraz həyacan qatıb adının gözləyirem;))
  3. allah bendesi
    bu bolumde maraqli oldu..yene yaxşi yerinde qaldi..inwALLAH sabahi gozleyek:)).ellerine sagliq baci
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.