Edama Məhkum Xəyallar {2. Bölüm}

19 Şubat 2016
2 175
2
Edama Məhkum Xəyallar {2. Bölüm}
Edama Məhkum Xəyallar {2. Bölüm}


2. Bölüm

Edama Məhkum Xəyallar {2. Bölüm}

Mariya hәlә dә hәyәcanla Edvardı gözlәyirdi. Sükutu tәxmin edildiyi kimi
Edvard pozdu:
- Hara getdiyinizi bilmәk olar? Mariya..?!
Mariya daha çox hәyәcanlandı.
- Dәrsә.
- Oh, hansı universitetdә oxuyursuz?
- Mәn universitetdә oxumuram.

Mariyanın cavabı oğlanı tәәccüblәndirdi. İlk baxışdan Mariyanın oğlanla
zarafat etdiyini demәk olardı.
- Üzr istәyirәm, dәrsә necә gedirsiz? - "Absurd sual oldu" - Edvard öz
sualından utandı.
- Mәn ABŞ Milli Konservatoriyasında oxuyuram. Pianoçu olacağam.
- Woooow! Ən prestijli peşә. Mәncә düzgün seçim etmisiniz. Pianoçu olmaq
o qәdәr dә asan deyil. Bacarıq istәr.

- Bәli, elәdir...
- Mәn dәqiq bilirәm ki, siz klassik musiqini daha çox dinlәyirsiniz. Elә
deyilmi?!

- Elәdir. Necә anladınız?
- Bunu anlamaq asandır. Ən sevdiyiniz әsәr hansıdır?
- Şopenin Valslarını vә ümumiyyәtlә bu bәstәkarı sevirәm. Sanki mәnim
dünyama daha yaxındır.

- Mәnә hansı әsәri tövsiyә edәrdin?
Mariya "siz" söhbәtinin aradan qalxdığına çox sevindi.
- Sәnә... Şopenin Fantasie'sını.
- Ok. Mütlәq dinlәyәcәyәm.

Mariya әsәrin dәqiq adını yazıb ona verdi. Dayanacaqda düşdü. Binaya
girәrkәn öz-özünә düşünürdü: "Necә axmaq söhbәt oldu. Lap 5 yaşında
uşaqların söhbәtinә oxşadı. Hansı әsәri sevirsәn? Hara gedirsәn? Ayy... Necә
dә romantik. -_- -_-". "Nәysә mәn bu haqda çox fikirlәşmәyim. Oğlanı
gözümün qabağına gәtirdikdә dәli oluram."

- Mariya...
Mariya әn yaxın dostunun sәsini tanıyıb çevrildi.
- Salam. Mariya. Necәsәn?
- Yaxşıyam. (Aman Allah. Niyә bu günki söhbәtlәr mәnә uşaqcasına vә
mәnasız gәlir). Sәn necәsәn?

- Hәr zamankı kimi.
- Gәl, dәrsә gedәk. Birinci dәrs әn sevdiyim dәrsdir. Musiqi әdәbiyyatından
Şopenin hәyatını әzbәrlәmişәm. :D

- Manyak. Şopen sağ olsa idi, sәni onunla evlәndirәrdik.
- Harda o bәxt?! -_- Yaxşı, tez ol gecikә bilәrik. ^_^

Bir neçә dәqiqә sonra Caroline vә Mariya dәrsdә söhbәt edirdilәr. Hәmişәki
kimi.
- Caroline, bu gün bir oğlan gördüm. Deyәsәn, xoşum gәldi.
- Sәn vә ss..sevgi?!
- Hә. Burda nә var ki?! -_-
- Çıxanda mәlumat vermәsәn, I will kill you. (sәni öldürәcәm)
- Yaxşı, yaxşı.

Mariya Caroline'dan ayrılıb (söhbәt mәnasında) xәyallara daldı. Üzü
yadından çıxmırdı. Hәr saniyә onu fikirlәşirdi.
Dәrsdәn sonra Caroline Mariyanın yanına yapışdı. Anlaşılan Edvard
haqqında mәlumat almamış Mariyanı rahat buraxmayacaqdı.
- Off Caroline. Necә dә maraqlı imiş sәnә.
- Əlbәttә, maraqlıdır. Danış tez ol.
- Of yaxşı yaxşı.


***

- Ana, mәn gәldim. Ana...
-Xoş gәldin qızım.
- Hәmişәki kimi piano dillәrini mükәmmәllәşdirirsәn. :D
- Yaxşı, gәvәzәlәnmә. Get yemәyini ye.
- -_- Gedirәm.

Mariya otağına gedib yatağa hoppandı. Bir-iki dәqiqәyә mәtbәxdә әlinә
gәlәni qarnına doldurmaqla mәşğul idi.
Qapı döyüldü.
- Mariya, qapıya bax.
- Yaxşı ana.

Mariya mәtbәxdәn çıxıb qapıya tәrәf getdi. Qapını açdı. Gözlәrinә inanmadı.
- Dәhşәt! Bu günki oğlan idi....


Edama Məhkum Xəyallar {2. Bölüm}


Müəllif: Rasim Yusifov
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Jessica
    Dünən bun bölümünü oxuya bilməmişdi indi oxudum olduqca maraqlı gəldi keçim o biri bölümə:))
  2. allah bendesi
    ay cox heyecanli yerinde bitib((indi yata bilmeyecem..))sebrsizlikle gozleyecem ardini..ellerine sagliq baci
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.