Edama Məhkum Xəyallar {Proloq + 1. Bölüm}

18 Şubat 2016
1 959
3
Edama Məhkum Xəyallar {Proloq + 1. Bölüm}
Edama Məhkum Xəyallar {Proloq + 1. Bölüm}

Proloq


Ehh... Hәyat nә vәd etmir ki?! Xoşbәxt olduğun anda belә bәdbәxtlikdәn
qorxursan. Hәyat heç ummadığın anda hәdiyyә verir sәnә. Qutunun
içindәkinin nә olduğunu isә sәndәn başqa hamı bilir. Bildiyin ad günü
sürprizi yәni. Tәk fәrq bu hәdiyyә ad günündә verilmir vә hәdiyyәnin
sahibinin kim olduğunu bilmirsәn.
Hәyatdan qorxma... Ona hazır olduqdan sonra mücadilә et. Əsla hazır
olmadan özünә güvәnmә. Bu, fil vә qarışqanın davasına bәnzәyir. Sәn tam
hazır olduqdan sonra isә fil vә siçanın davasına bәnzәyir. Sәn nә qәdәr
hәyatdan zәif olsan da, hәr zaman 3-0 öndә olacaqsan.
Xәyallarının realist olmasına çalışmalısan. Realist olmayan xәyallar EDAMA
MƏHKUM
dur...

Qadın isә bu qanunların tam әksini qәbul etmişdi. Sәbәbi isә hәyat
mücadilәsinә hazır olmaması vә xәyallarını edam etmәsidir. Unutmuşdu ki,
hәyat simfoniyasında bir notu belә sәhv vuranda bütün hәyat puç olur.
Sadәcә inanmamışdı qadın. Hәyatın sürprizlәrini normal qarşılayırdı. O
qәdәr vecsiz idi ki, hәyat da onunla zarafat etmәkdәn әylәnmirdi. Amma
onun üçün elә bir sürpriz hazırlamışdı ki, qadın hәyatını möcüzәyә
çevirәcәkdi. Qadın bunu hәqiqәtәn gözlәyirdi.
Əslindә biz hәr şeydә taleyi günahlandırırıq, amma hәyatın şıltaqlığını çox
asanlıqla unuduruq. Sürprizlәrә hazır olun!





1. Bölüm

Edama Məhkum Xəyallar {Proloq + 1. Bölüm}

Artıq sәhәr idi. Açıq pәncәrәdәn içәriyә doğru ilıq, şәfqәtli Günәş şüaları düşürdü.
Buludlar göy üzünün mavi örpәyinә naxışlar vurmuşdu. Şәhәrin sәs-küyü hәmişәki
kimi gurultulu vә bir o qәdәr dә әziz idi. Elә gözәl sәhәr idi ki, Mariya yataqdan
qalxmayaraq bu anın zövqünü xәyal quraraq keçirmәk vә durub balkondan sanki
nağıllar alәminә sәyahәt edәcәk şәkildә şәhәrә tamaşa etmәk fikirlәri arasında rәqs
edirdi.
Sonda o, qәrarını verdi. Az sonra acı vә isti qәhvә, telefon vә qulaqcıqla balkonda idi.
Mariya pianoçu olduğu üçün klassik musiqilәri dinlәmәyi daha çox sevirdi. Vә mәncә,
klassik musiqi dinlәmәk vә ondan zövq almaq hәr kәsin bacardığı iş deyil. Bu, sadәcә
ruhu hәddәn artıq incә olan vә bu işin içindә azacıq olan birinә nәsib ola bilәrdi.
Az sonra qulaqcıqda Mariyanın әn sevdiyi әsәrin melodiyası eşidilirdi (Chopin - Waltz
op. 64 no. 2)
. Bu andan zövq ala bildiyi üçün sevinirdi. Az sonra isә şirin vә hiddәtli
qәzәb onu götürdü. Əslindә bu qәzәb deyildi. Çünki anası onu çağırırdı vә bu dramı
mәncә hamımız yaşamışıq.
3 dәqiqә sonra Mariya dayanacaqda avtobus gözlәyirdi. Birdәn eşitdiyi sәs onu
xәyallardan ayırdı.
- Gözәl gündür elә deyilmi?
Mariya qarşısındakı "yaraşıqlılıq abidәsi"nә diqqәtlә nәzәr yetirdi. Dili topuq
vurmağa başladı.
- Aha, e..elәdir. - Mariya qәribә bir hәyәcanla cavab verdi vә söhbәtә davam etmәmәk
üçün avtobusun gәlmәsini sәbirsizliklә gözlәdi.
- Sağ olun. Mәn getmәliyәm. Gecikirәm.
- Hey, gözlәyin. Mәn hәlә tanışacaqdım. Adım Edvarddır.
- Mәn dә Mariya. Tanışlığıma şadam.
- Oğlanın cavabını gözlәmәdәn tez-tәlәsik
avtobusa mindi. Oturacaqda çölә baxaraq etdiyinin hörmәtsizlik olduğunu anlayıb
qızardı.
- Nә isә. Əl verib görüşәsi deyildim ki?! Hәlә bir utanıram da. Axmaq! - Mariya özünә
tәsәlli verdi. Amma avtobusdakılar Mariyanın üzünә baxanda hündürdәn danışdığını
anladı. Tәbii ki, utandı.
15 dәqiqә oturduqdan sonra dayanacaqda düşdü vә digәr avtobusa mindi.
Avtobusda gәzmәkdәn nifrәt edirdi. Əsas da ayaq üstә dayanaraq getmәkdәn. Ona
görә dә heç kimә mәhәl qoymayıb boş oturacaqdan birindә oturdu. Aynaya tәrәf
baxanda isә... "Aman Allah! Bu, odur. Bayaqkı oğlan..." Mariya oğlanın yanında
oturmuşdu. Ürәyi saniyәdә 5 dәfә vururdu elә bil. Özünü sakitlәşdirmәyә çalışdı.
Bilirdi ki, oğlanla söhbәt edәcәk. Mütlәq! Vә yanılmadı.


Edama Məhkum Xəyallar {Proloq + 1. Bölüm}

Müəllif: Rasim Yusifov

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. SaFFron
    Sitat: allah bendesi
    bunun ardi varmi???maraqlidir ellerinize sagliq

    Aha var,hər gün paylaşacam
  2. allah bendesi
    bunun ardi varmi???maraqlidir ellerinize sagliq
  3. Jessica
    Neçə belə hekayə var bunada başladım deyesen hamısın bir vaxtda bitirəcəm
    Başlanğıc üçün yaxşıdı
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.