∆ Sev məni ∆

20 Şubat 2016
2 740
2
∆ Sev məni ∆
∆ Sev məni ∆

∆ Sev məni ∆
Həyatımı rəngə boya, qoy, göy qurşağının necə olduğunu görsünlər. Həyatıma işıq saç, qoy, Günəşin necə doğduğunu izləsinlər. Bulud olub, kölgəmə çevril, qoru məni. Kainatdakı ulduzum ol, qaranlıqdakı ümidimə çatmağa çalışım.
Fərqli sev məni. Hər gün "çox gözəlsən" deməyinə ehtiyac yoxdur, sadəcə bəzən məni çiçək adı ilə çağırsan, anlaram hər şeyi.
Bayram günlərində bahalı hədiyyələr almağına da ehtiyac yoxdur. Sadəcə arada bədii kitabla sevindir məni.
Bahalı restonlara getmək istəmirəm, sadəcə bəzən məni təbiət qoynuna apar, dənizi seyr edək, ya da göydəki irili - xırdalı okeanı, nə fərqi?! Ya da aparmasan da olar. Sənin sirli gözlərində məna axtarışına çıxmaq daha gözəl deyilmi?
Saçlarıma sığal çək, yaz yağışı toxunuşunu hiss etmək istərəm. Sarıl mənə yaz yağışında, qoxunla yaz yağışı bir - birinə qarışsın.
Tut əllərimdən, soyuq əllərim isinsin. Gülümsə mənə, sənli qəlbim alova dönsün.
Səhər yatmağı çox sevirsən, bəlkə, məni də elə sevəsən?
Bəlkə, toxunmadan sevəsən? Ayın Günəşi uzaqdan sevdiyi kimi.
Çox başını yordum, sevgilim.
Qısaca, sev məni, mən səni sevəntək.
∆ Sev məni ∆
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. sevgi^_^
    Maraqli xeberdi paylawim ucun cox sagol
  2. allah bendesi
    cox sag olun meqele ucun..beyendim ellerinize sagliq
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.