4-cü HAQQ - Övladın haqqı

02 Şubat 2015
3 798
0
4-cü HAQQ - Övladın haqqı
4-cü HAQQ - Övladın haqqı


Övladı İslam tərbiyəsi ilə tərbiyələndirib cəhənnəm odundan qorumaq Allahın əmrlərindəndir:

«Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı cəhənnəm odundan qoruyun!» («ət-Təhrim» surəsi, 6).
Abdullah bin Ömərin (r.a) rəvayət etdiyi hədisdə Peyğəmbər (s.ə.s) demişdir: «Hər biriniz qəyyumsunuz və hər biriniz tabeçiliyinzdə olanlar haqqında sorğu-sual olunacaqsınız…» (əl-Buxari, 893).


1. Övladı əzizləmək onun haqlarındandır:

Əbu Hüreyrə (r.a) deyir: «Peyğəmbər (s.ə.s) Əlinin (r.a) oğlu Həsəni (r.a) öpdü. Yanında oturan əl-Əqra bin Həbis ət-Təmimi bunu görüb dedi: "Mənim on övladım var, onlardan heç birini öpməmişəm". Peyğəmbər (s.ə.s) ona baxıb dedi: "Rəhm etməyənə rəhm olunmaz"» (əl-Buxari, 5997).

2. Övlad üçün xeyirli dua etmək onun haqlarındandır:

Əbu Hüreyrədən (s.ə.s) rəvayət olunan hədisdə Peyğəmbər (s.ə.s) demişdir: "Üç nəfərin – məzlumun, müsafirin və valideynin övladı üçün etdiyi duanın qəbul olunmasına şəkk yoxdur" (Səhihu-l-ədəbi-l-mufrad, 32).

3. Övladın qayğısına qalmaq onun haqlarındandır.


Əbu Səid əl-Xudridən rəvayət olunan hədisdə Peyğəmbər (s.ə.s) demişdir: "Üç qız uşağının və ya üç bacının qayğısına qalan cənnətə daxil olar" (Səhihu-l-ədəbi-l-mufrad, 79).

4. Övladı tərbiyə etmək onun haqlarındandır.

İslam tərbiyəsi iki mənbədən götürülür:

1. Qur‘ani-kərim,

2. Səhih hədislər: «Həqiqətən, Allahın elçisi Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl nümunədir» («əl-Əhzab» surəsi, 21).
İslamda tərbiyənin üslubları:


– nəsihət vermək (Qur‘an ayələri, səhih hədislər və gözəl sözlərlə);
– Qur‘an və səhih hədislərdə varid olan tərbiyəvi hekayələri danışmaq;
– nümunə olmaq (yə‘ni, tərbiyə edən özü tərbiyə olunan üçün nümunə olmalıdır);
– çəkindirmək (pis işlərdən) və həvəsləndirmək (yaxşı işlərə);
– tərbiyəsiz və əxlaqsızların pis aqibətlərini misal çəkmək.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.