5-ci HAQQ - Qohum-Əqrəbanın haqqı

03 Şubat 2015
3 286
0
5-ci HAQQ - Qohum-Əqrəbanın haqqı
5-ci HAQQ - Qohum-Əqrəbanın haqqı


Bu haqqı ödəmək hər bir müsəlmana (əvvəlki haqlar kimi) vacibdir:

«Qohum-əqrabanın haqqını ver» («əl-İsra» surəsi, 26).
Əbu Hüreyrədən (r.a) rəvayət olunan hədisdə Peyğəmbər (s.ə.s) demişdir: "Ruzisinin çoxalmasını, ömrünün uzanmasını istəyən şəxs qohumluq əlaqələrini möhkəmləndirsin"
(əl-Buxari, 585).
Cubeyr bin Mut‘imin (r.a) rəvayət etdiyi hədisdə Peyğəmbər (s.ə.s) demişdir: "Qohumluq əlaqələrini kəsən cənnətə daxil olmaz" (əl-Buxari, 5984).
Qohum-əqrabanı İslama də‘vət etmək, onların haqlarındandır:

«Elə isə Allahla yanaşı başqa bir tanrıya ibadət etməkdən çəkin, yoxsa əzaba düçar edilənlərdən olarsan! Və ən yaxın qohumlarını qorxut!» («əş-Şüəra» surəsi, 213-214).

İnsanların çoxu bu haqqı unudaraq qohumlarını tərk edir. Halbuki, sadəcə onların əhvalını öyrənməklə (soruşmaqla) boynunda olan haqqı ödəmiş olar. Bə‘ziləri də yalnız qohumları onları yad edəndə o da onları yad edir. Bu da şəriətə müxalifdir. Şəriətə görə isə çətinlikdə də, firavanlıqda da qohumları ziyarət edib onların haqqını ödəmək lazımdır.
Qeyd: Qohum kafir olsa belə, onun haqqı ödəməliyik.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.