Qocanin üzündəki təbəssüm))

05 Şubat 2015
3 461
0
Qocanin üzündəki təbəssüm))
Qocanin üzündəki təbəssüm))




Avtobusda adam az idi. Amma keçib boş yerlərdən birində oturmadı. Ayaq üstə dayanıb xeyli pəncərədən sürətlə bir-birini əvəz edən mənzərələri seyr etdi. Sonra salona göz gəzdirdi. Təkadamlıq oturacaqların birində səliqəli geyimli 73-75 yaşlı, bəm-bəyaz saçlı bir kişi oturmuşdu. Diqqəti qocanın əl ağacına sataşdı. Sonra onun təbəssüm dolu üzünə baxdı. Kişi haçansa yaşadığı xoş bir duyğunun təsirindənmi, ya nədənsə gülümsəyirdi. Qocanın üzündəki təbəssüm onu da gülümsəməyə məcbur etdi.
"Çox nurlu kişidir. Nəvələri də xoşbəxt olar belə babanın. Kim bilir bəlkə nəvələrinin yanına gedir? Yəqin onlara hədiyyə aparır. Axı sabah Novruz bayramıdır"-deyə düşünür, gözlərini onun gülümsər çöhrəsindən ayıra bilmirdi. Qoca isə öz alımində idi, xəyalında yaşayan hansısa xoş anın sevincindən gülümsəyirdi. Bu təbəssün onu ofsunlamışdı. Gözlərini çəkə bilmirdi. Qoca əlini cibinə salıb bükülü dəsmal çıxardı. Dəsmalı açdı. İçindəki qəpikləri saymağa başladı. Qeyri-ixtiyari o da saydı. İki manat iyirmi qəpik idi. İyirmi qəpikliyi ayırıb əlində saxladı.
Qalan iki manat xırdanı yenidən büküb cibinə qoydu. Yenə gülümsədi. Qocanın üzünə baxdıqca babası yadına düşdü. Hər dəfə babası onlara gələndə qabağına qaçar, "Babacan, mənə nə almısan"-deyə soruşardı. Babası cibindən dadlı şeylər çıxarıb ona verərdi. Fikirləşdi ki, yəqin indi bu kişinin də nəvəsi onun qabağına yüyürəcək, "baba nə almısan"- deyəcək. Bəs qoca nəvəsinə nə verəcək? Onun cəmi iki manatı var axı? İçindən gizilti keçdi. Gözləri yaşardı. Xəyalına önun nəvəsinə heç bir şey bəxş etməyə imkanı olmayan qocanın halı gəldi Heç istəmədi ki, qocanın üzündəki xoş təbəssümə azacıq da olsa kədər qatılsın.
Qeyri-ixtiyari əlini cibinə salıb 20 manatlıq çıxardı. Avtobus dayanacağa çatanda düşmək istəyən insanları qabağa buraxdı. Ən axırıncı sərnişin pillələri enəndə, əlindəki pulu qocanın ovcuna basıb, onun sual dolu baxışlarını görməmək üçün tələsik avtobusdan düşdü. Avtobus tərpənəndə dərindən nəfəs aldı. Gözlərinin önünə qocanın gülümsər çöhrəsi gəldi.
"Sən nə gözəl təbəssümün var, baba! Lap ürəyim işıqlandı. Allah sənin üzündəki təbəssümü həmişə var eləsin"
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.