Cənnət və ya Cəhənnəm həyatı

05 Şubat 2015
3 821
0
 Cənnət və ya Cəhənnəm həyatı
 Cənnət və ya Cəhənnəm həyatı


İnsanın heç vaxt ölməyəcəyi axirət yurdu onun əsl və son məskənidir. Uca Allah Cənnət və Cəhənnəm əhlinin həyatını təsvir edərək buyurur:
"Vaqiə qopacağı zaman. Onun qopduğunu heç kəs dana bilməz. O bəzilərini alçaldacaq, bəzilərini də ucaldacaqdır. Yer şiddətlə titrədiyi zaman, Dağlar parça-parça olub ovxalandığı və ətrafa səpələnmiş toz-torpağa döndüyü zaman, siz üç qrupa ayrılacaqsınız. Sağ tərəf sahibləri. Nə xoşbəxtdir sağ tərəf sahibləri! Sol tərəf sahibləri. Nə bədbəxtdir sol tərəf sahibləri! Xeyirxah işlərdə öndə gedənlər, Cənnətdə də öndədirlər! Onlar Allaha yaxın olanlar, Nəim bağlarında qalacaq kimsələrdir. Onların çoxu əvvəlki nəsillərdən, az bir qismi də axırıncılardandır. Onlar bəzənmiş taxtlar üstündə qarşı-qarşıya əyləşib dirsəklənəcəklər. Onların ətrafında həmişəcavan xidmətçi oğlanlar fırlanacaqlar; çeşmə şərabı ilə dolu badələr, bardaqlar və qədəhlərlə – ondan başları ağrımaz və məst olmazlar, bəyənib seçdikləri meyvələr və istədikləri quş əti ilə fırlanacaqlar. Onları iri qaragözlü hurilər gözləyir – sədəf içində saxlanılmış mirvariyə bənzər hurilər. Bu, onların etdikləri əməllərin mükafatı olacaq. Onlar orada nə boş söz, nə də günaha səbəb olan söhbət eşidəcəklər. Ancaq: "Salam! Salam!"– sözləri eşidəcəklər. Sağ tərəf sahibləri. Nə xoşbəxtdir sağ tərəf sahibləri! Onlar tikansız sidr ağacları arasında, meyvələri salxım-salxım asılmış banan ağacları altında, uzanmış kölgəliklərdə, daim axan sular kənarında, çoxlu meyvələr, tükənməz və qadağan edilməyən meyvələr içində və hündür döşəklər üstündə olacaqlar. Biz Cənnətdəki qadınları yeni biçimdə yaradacağıq. Onları bakirə qızlar edəcəyik – ərlərini sevən, həmyaşıdlar. Bunlar sağ tərəf sahibləri üçündür. Onların çoxu əvvəlki nəsillərdən, bir qismi də axırıncılardandır. Sol tərəf sahibləri. Nə bədbəxtdir sol tərəf sahibləri! Onlar qızmar yel və qaynar su içində, qapqara duman kölgəsində olacaqlar. Bu duman nə sərin, nə də xoşagələndir. Onlar bundan əvvəl cah-calal içində idilər, böyük günah işlətməkdə israr edirdilər və deyirdilər: "Məgər biz ölüb torpaq və sür-sümük olduqdan sonra yenidənmi dirildiləcəyik? Yaxud bizim əcdadlarımız dirildiləcəklərmi?" De: "Şübhəsiz ki, əvvəlkilər də, sonrakılar da, bəlli bir günün müəyyən vaxtında mütləq toplanılacaqlar. Sonra, siz ey doğru yoldan azanlar, haqqı yalan sayanlar! Siz mütləq zəqqum ağacından yeyəcəksiniz, qarınlarınızı onunla dolduracaqsınız, üstündən də qaynar su içəcəksiniz. Siz onu susamış xəstə dəvələr kimi içəcəksiniz"
(əl-Vaqiə, 1-55)
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.