Ailənin rahatlığı üçün evdə çalışma

06 Şubat 2015
1 588
0
Ailənin rahatlığı üçün evdə çalışma
Ailənin rahatlığı üçün evdə çalışma


Ailənin rahatlığı üçün evdə çalışma

Fatimeyi-Zəhra (ə) bir ev qadınının, canıyanan və işgüzar bir ev xanımının, zəhmətkeş və yorulmaq bilməyən bir həyat yoldaşının ən parlaq nümunəsi idi. O həzrət ailəsinin rahatlığı üçün hər cür çətin və ağır işlərə dözürdü. O böyük xanım şəxsən öz mənzilində öz əlilə əl dəyirmanında çəkdiyi undan qabarlı əllərilə xəmir yoğurur, təndiri özü qalayır, suyu özü quyudan çəkir və özü çörək yapırdı. Bir sözlə, o zaman rahatlıq vasitələrinin yoxluğu üzündən həddindən artıq ağır olan, bir nəfərin öhdəsindən gəlməsi mümkün olmayan bütün ev işlərini təklikdə görür və əsla giley-güzar etmirdi.
Fatimənin (ə) bütün bu ağır işləri təklikdə görməsindən xəbəri olan Əli (ə) bir gün onu yorğun halda görüb mehribanlıqla dedi:
"Ay Zəhra, elə çətin işləri görürsən ki, mənim qəlbimi incidir. Allah müsəlmanlar üçün xidmətçilər və çoxlu qüvvələr nəsib etmişdir. Əgər istəyirsənsə, Allahın Rəsulunun (s) yanına gedib onlardan birini istə. Qoy yanında qalıb sənə xidmət etsin, köməkçin olsun ki, bu qədər yorulmayasan.”
Fatimə (ə) həmin gün atasının görüşünə getdi. Salam verib bir qıraqda sakitcə oturduqdan sonra Peyğəmbər (s) onun ürəyində nə isə bir narahatlıq olduğunu duyub soruşdu: "Əziz qızım, nə olub, nə işin var?”
Fatimə (ə) nə qədər çalışsa da, nə üçün gəldiyini deyə bilmədi. Odur ki, atasının cavabında dedi: "Sənə salam verməyə gəlmişəm.”
Bu sözləri deyib atasının evindən çıxdı. Fatimənin (ə) ağır ev işlərinə görə bərk yorulmasından ürəyi sıxılan Əli (ə) bir gün həyat yoldaşı ilə birgə Peyğəmbərin (s) yanına gedib onun əvəzindən həmin məsələni açıb dedi. Peyğəmbər (s) bu sözü eşidən kimi dərhal qəti şəkildə buyurdu:
"Allaha and olsun ki, yox. Əsla bacarmaram, döyüşdə əsir alınmış birisini sizə bağışlaya bilmərəm. Müsəlmanları ac qoya bilmərəm. Heç onlar üçün yeməyə bir şey tapa bilmirəm. Həmin əsirləri satıb pulu ilə yalnız Səffənin aclarını doyururam.”
Beləliklə, Əli (ə) ilə Fatimə (ə) tam razı halda əliboş qayıtdılar.

Evin-ocağın idarəsi

Ev-ocaq hər bir cəmiyyətin varlıq mərkəzi və onun fəal təşkiledici qüvvəsidir. Buna görə də bütün bəşər cəmiyyətlərinin inkişaf və tərəqqisində evin, ocağın mühüm yaradıcı rolu var. Bu bir inkaredilməz həqiqətdir ki, cəmiyyət evdən və ailədən qidalanır, onunla böyüyür. Buna görə də evi bir insan tərbiyə edən instituta, onun məzunlarını isə cəmiyyətin böyük idarəedici qüvvələrinə bənzətmək olar.
Onu da nəzərə almaq lazımdır ki, hər bir evdə qadının rolu olduqca həssas və həlledicidir. Bu ocağı idarə etməyin müxtəlif məsələləri qadının öhdəsinə düşür. Birgə ailə həyatına qədəm qoyan hər bir xanımın ən mühüm vəzifəsi mənzili qaydaya salmaq, nizamlamaq və cəmiyyətin bünövrəsi sayılan evi idarə etməkdir. Aydındır ki, bu vəzifələrin yerinə yetirilməsində yol verilən kiçicik bir zəiflik və süstlük cəmiyyətin dayaqlarını sarsıtmış olar.
Fatimeyi-Zəhra (ə) bu mühüm məsələyə xüsusi diqqət yetirir və öhdəsinə düşən vəzifələrin yerinə yetirilməsində olduqca böyük səy göstərir, yorulmaq bilmədən çalışırdı. Hörmətli həyat yoldaşı Əli (ə) onun bu dərəcədə fədakarlıqla çalışmasını heyrətlə izləyir, ona yüksək qiymət verirdi. O həzrət bir dəfə Səd qəbiləsindən olan bir dostuna öz həyat yoldaşının çalışqanlığı barədə belə danışmışdı:
"İstəyirsənmi, sənə Fatimədən danışım? O, İslam peyğəmbərinin (s) qızı, özü də ən istəkli qızı olmasına baxmayaraq, mənim mənzilimdə çiynində kuzə o qədər su daşıdı ki, sinəsinə ziyan oldu. Əl dəyirmanında o qədər buğda üyütdü ki, əlləri qabardı. Evin, həyətin təmizliyi, paklığı üçün mənzilə o qədər süpürgə çəkdi ki, paltarlarının rəngi soldu. Ocaqdakı qazanların altında o qədər odun yandırdı ki, paltarları his-tüstü rəngində oldu...”
Bu hədis Fatimənin (ə) ev işlərinə olan canıyananlığını göstərir. O həzrətin evində qulluqçu tutmağa imkanı var idi, özünə bu qədər zəhmət verməyə bilərdi. Lakin evə, ocağa olan eşqi, məhəbbəti naminə, həyat yoldaşının, övladlarının rahatlığı xatirinə bütün işlərə özü əl qatır və onları yerinə yetirməkdən zövq alırdı. Bəli, o evi həyatın özəyi, bünövrəsi hesab edir və bu yolda canla-başla çalışırdı. Bu səy və təlaş İslam cəmiyyətinin bütün qadınları üçün ən ali nümunə ola bilər və olmalıdır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.