Həzrəti-Zəhra(s.ə)-nın dua və vəsiyyəti ...

12 Eylül 2015
1 693
6
Həzrəti-Zəhra(s.ə)-nın dua və vəsiyyəti ...
Həzrəti-Zəhra(s.ə)-nın dua və vəsiyyəti ...


Zəhra(s.ə)-nın ömrünün son günləri.
İmam Baqir (ə) söyləyir:
«Fatimə (s.ə) atası Peyğəmbər(s.ə)-in vəfatından altmış gün keçdikdən sonra xəstələndi. Həzrəti-Zəhra(s.ə) xəstə olarkən belə dua edərdi: «Ey Qadir və Diri olan Allah! Sənin rəhmətinə pənah gətirirəm, məni cəhənnəm atəşindən uzaq et və məni behişt əhlindən qərar ver».
Bu zaman həzrəti-Əli(ə.s) Fatimə(s.ə)-yə buyurdu:
"Allahdan arzum budur ki, səni tezliklə sağaldıb şəfa versin."
Fatimə(s.ə):
"Ey Əbul Həsən, Allahımla görüşməyimə çox az qalıb."
Daha sonra Xanım(s.ə)-ı Əli(ə.s)-yə vəsiyyət elədi ki, məndən sonra bacım qızı Əmamə(Əbul Asın qızı) ilə evlənərsən.
Çünki yalnız o, (Əmamə) məndən sonra uşaqlarıma mehribanlıq göstərər».
Başqa bir rəvayətdə belə söylənilir:
Fatimə(s.ə) Əli(ə.s)-yə dedi:
" Mənim səndən bir xahişim var."
Əli(ə.s) buyurdu:
"Ey Peyğəmbərin qızı, sözünü buyur, onu mütləq yerinə yetirərəm."
Fatimə:
"Səni and verirəm Allaha və Atamın haqqına, Əbu Bəkrlə Ömər mənim cənazəmə namaz qılmasınlar."
Allahın Rəsulu(s) mənə buyurmuşdur: «Sən mənim Əhli-beytimdən ilk adamsan ki, mənim yanıma gələcəksən». Bu xəbəri sənə vermək mənə çox ağır gəlir».
İmam Baqir(ə.s) buyurur: «Peyğəmbərin vəfatından 50 gün keçmişdi. Həzrəti-Fatimə(s.ə)-nin xəstəliyi güclənirdi. O xanım bilirdi ki, elə bu xəstəliklə də dünyadan gedəcək.
Fatimə(s.ə) buyurdu: «Ya Əli, Allahın işinə səbir et və məni gecə qüsl edib kəfənləyər, dəfn edərsən». Həzrəti-Əli(ə.s) Fatimə(s.ə)-nin vəsiyyətinə əməl etdi.
Fatimə(s.ə) söyləyir: «Atam Rəsulullah(s)-ı yuxuda gördüm. O Həzrətdən sonra bizim başımıza gələnlərin hamısını Peyğəmbər(s)-ə danışdım. Rəsuli-əkrəm(s) buyurdu: «Sizin üçün axirətdə əbədi ev var. Bu ev təqvalılar üçündür. Sən tezliklə bizim yanımıza gələcəksən».
Fatimə(s.ə) şəhadət çarpayısında son günlərini yaşayarkən Əli(ə.s)-yə vəsiyyət etdi ki, onun(Fatimə(s.ə)-nin) həyatında olan hadisələri (başına gələnləri) gizli saxlasın və ağır xəstəliyi haqqında heç kəsə xəbər verməsin. İmam Əli(ə.s) onun vəsiyyətini yerinə yetirdi.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. ...DUALARIMDASAN...
    Allah razi olsun tewekkurler
  2. Lami95
    Allah razi olsun tewekkurler
  3. Laura
    • Laura
    • 13 Eylül 2015 14:11
    qəşəngdii bəyəndimmm....Təşəkkürlər xəbər üçün)
  4. sevgi^_^
    Allah razi olsun sennen
  5. Eylül
    Təşəkkürlər xəbərə görə
  6. allah bendesi
    kecen gun sehveye qoyulmuwdu bu xeber oxudum ellerinize sagliq
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.