Mən əvvəllər belə deyildim...:(((

09 Şubat 2015
1 651
0
Mən əvvəllər belə deyildim...:(((
Mən əvvəllər belə deyildim...:(((



Mən əvvəllər belə deyildim...:(((


Mən əvvəllər belə deyildim...Əvvəllər,Dünənlər,keçən aylar,keçən illər....Mən belə deyildim...Hər səhər balaca sumkası çiynində yuxulu-yuxulu dərsə gedən uşaq idim,səhər anam oyadırdı,mən isə evin qapısından çıxanda oyandığımın fərqinə varırdım...Çox köhnə kitab,sevimli müəllimə,sinif yoldaşları,dərsdə ağlayan uşaqlar,müəllimin dəmir xətkeşi,sınıq partam,kitablarım,kağızdan təyyarələr...Kiçik xəyallar,gərçəkləşən xəyallar...
Bəs indi?..Boş və mənasız keçən günlər,saatlarla marşurt,yolar,itirdiklərim,qazandıqlarım,bacardıqlarım,bacarmadıqlarım,bacara bilməyəcəklərim...Hər gün eyni hadisələrin təkrarı,hər gün qopan daha bir ümid yarpağı...Ağacdan asılmış yelləncəklər yoxdu daha,kağızdan təyyarədə düzəltmirəm çoxdandı...Şəhərin sıxlığı,tüstü,insanlar...Ürəyimi çox sıxır...Ağlamaqla keçəsi deyil,ağlasam yanıma gələndə olmayacaq...Əslin də yaxşıdı hər şey pis olan nədiki?...Bəlkə vicdan əzabı?...Niyəmi?...Xoşbəxt gələcəyim üçün yanımda olan ailəm və yük olmağın verdiyi vicdan əzabı,qarşılıq gözləmədən yanım da olan dostlarım və qarşılıq verə bilməməyin verdiyi vicdan əzabı...Mən əvvəllər vicdan əzabı çəkməzdim,mənim əvvəllər dostlarım da yox idi...Mən əvvəllər də sevginin nə olduğunu bilmirdim...Mən,Mən,Mən...Mən bilmədim deyə sevdim,Bilsəm də sevərdim...Mən əvvəllər bir də heç kimi sevməyəcəyimə söz vermişdim,sözümü tutmamağımın verdiyi vicdan əzabı,hər dəfə güzgüyə baxanda əksim sevginin hesabını istəyir,"mənə söz vermişdin"deyir...Güzgüyə baxıb "sevməyəcəm" demişdim,yadımdadı...Çox şey yadımdadı,desəm sizdən utanıram deməsəm özümdən...
Təzyiqlər,tələblər,öyrənilməyən dərslər, "çox dəyişmisən" deyənlər-səbəbini soruşmayanlar,qəlbimi qıranlar,qəlbini qırdıqlarım...Bezmişəm,Çətindi...Qollarıma batan tikanları,kirpiklərimə asılmış daş parçalarını daşımaqdan yorulmuşam...
Bir də sən varsan...Harda olduğun fərq etməz,yadımdan çıxdığın an olmur...Hamı sənə bənzəyir son vaxtlarda...Ya da mən hər yerdə səni atarıram...Yaxşıdı,darıxmıram sən olmayanda,hər yerdə yüzlərlə "sən"lər...
Son vaxtlar çox qorxuram,xoşbəxt olmaqdan...Hazır deyiləm xoşbəxtliyə,nə də sevilməyə...Mən əvvəllər belə deyildim...Tək qorxduğum,yatağımın altın da olduğunu düşündüyüm canavar idi...Mən əvvəllər belə deyildim...


Mən əvvəllər belə deyildim...:(((


P.S...Yazı mənə aid deyil...amma mənim demək isdədiyim amma deyə bilmədiklərimi yazıblar...Hər cümlə də özümü tapdım bu yazıda...
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.