Namazın əhəmiyyət və dəyəri

09 Şubat 2015
2 064
0
Namazın əhəmiyyət və dəyəri
Namazın əhəmiyyət və dəyəri


Bütün məsumların (ə) vəzifəsi insanları Allaha ibadət etməyə dəvət etmək və səadət yolunu onlara göstərməkdir. Belə ki, ilahi övliyalar həmişə insanları dini göstərişlərin icrasına çağırmış və onları günah burulğanlarından xilas etməyə çalışmışlar. Bu vacib əməllər arasında, namaz məsumlar üçün böyük əhəmiyyətə malik olmuş və daim onun hamı tərəfindən həyata keçməsi naminə təlaş etmişlər.

Din göstərişləri arasında heç bir əməl digərinə nisbətdə üstün sayılmır. Lakin, məsumlar (s) yekdil olaraq namazın digər ibadətlərdən üstün olmasını vurğulamışlar. İmam Sadiqdən (ə) nəql edilən bir hədisdə oxuyuruq:

"Həcc dünya və dünyada olanlardan üstündür. Lakin, bir vacib namaz min müstəhəb namazdan daha dəyərlidir”("Zariyat”, 56.).

Belə bir sual daim insanları maraqlandırır ki, nə üçün həzrət Peyğəmbər (s), İmam Əli (ə) və s. məsumlar (ə) namaza bu qədər əhəmiyyət vermişlər? Namazda olan, digər ibadətlərdə olmayan özəllik nədir? Bu sualın cavabı namazın mətnindədir. Əgər namazın zikrlərinə diqqətlə nəzər salsaq, onun Allahın zatı sifətlərinin, fellərinin və yeganəliyinin izharı olduğunu görərik.

Azan və iqaməyə, "Həmd” və "İxlas” surələrinə, rükunun, səcdənin zikrlərinə, təşəhüd və salama diqqət yetirdikdə yaradılış aləminin sirlərinin bəyan edilməsinin şahidi oluruq. Belə ki, Namaz halında Allahın yeganəliyini, böyüklüyünü hiss edir və bu varlıq aləmini Allah kəlamının bir kəlməsi olduğunu duyuruq. Aləmdə hər şeyin yerli-yerində olması isə onu bir sonsuz qüdrət sahibi olan müdrik Tanrı tərəfindən xəlq ediliyini dərk edirik. Elə buradan da başqa ibadətlərin lüzumu və özünəməxsus təsir bağışlamalarına baxmayaraq, onların nə üçün namaz qədər önəmli olmaması aydınlaşır. Buna görə də bu ibadətlərin bəzisi insan ömrü boyunca bir dəfə (Həcc kimi), bəzisi ildə bir ay (Oruc kimi) vacib olur və bəzi ibadətlər isə (Cihad kimi) bir çoxlarına nisbətdə heç vacib ollmur.

Həzrət Əli (ə) namazın əhəmiyyətini belə açıqlayır:

"Camaat, namaz qılmağı öhdənizə alın, onu qoruyun, çox namaz qılın və qıldığınız namazla Allaha yaxınlaşın. Namaz müəyyən vaxtlarda möminlərə vacib edilən əmrdir.("Nisa”,103.)

Cəhənnəm əhlinin cavabını eşitmədinizmi? Onlardan cəhənnəm əhli olmasının səbəbini soruşduqda deyirlər: "Biz namaz qılanlardan deyildik;”("Muddəssir”, 43.)

Gerçəkdən, namaz günahları payız yarpaqları kimi yerə salır, günah zəncirini insanın boynundan uzağa atır. İslam peyğəmbəri (s) namazı bir kişinin evi qabağından axan çeşmənin isti suyuna bənzədirdi. O kişi hər gün o çeşmə suyu ilə beş dəfə çimsə onda heç bir çirkinlik qalmaz.

Namazın dəyərini dərk edən həqiqi möminləri, dünya zinətləri - gözlərinin nuru olan var-dövlət, arvad-uşaq namazdan ayrı sala bilmir. Mütəal-Allah buyurur: "O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz. Onlar qəlblərin və gözlərin haldan-hala düşəcəyi (dəhşətdən ürəklərin duymaqdan, gözlərin görməkdən qalacağı) bir gündən (qiyamət günüdən) qorxarlar”("Nur”, 37.).

Allahın rəsulu (s) insanları Cənnətlə müjdələdikdən sonra çox namaz qılmaqla özünü zəhmətə salırdı. Çünki, Allah ona buyurmuşdu: "Əhlinə (əhli-beytə və ümmətinə) namaz qılmağı əmr et, özün də ona (namaza) səbirlə davam et (yaxud məişət çətinliklərinə döz). Biz səndən ruzi istəmirik, (əksinə) sənə ruzi verən Bizik. (Gözəl) aqibət təqva sahiblərinindir (müttəqilərindir)!”("Taha”,132.) Beləliklə, İslam peyğəmbəri (s) həmişə ailəsini namaza dəvət edir və özü də bu ibadəti çox böyük məhəbbətlə həyata keçirirdi”.("Nəhcul-bəlağə”, xütbə. 199.)
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.