Üsyankar qadınlar, yaxud qalib düşmənlər

09 Şubat 2015
1 766
0
Üsyankar qadınlar, yaxud qalib düşmənlər
Üsyankar qadınlar, yaxud qalib düşmənlər


Əvvəlki fəsildə layiqli və sözə baxan qadınlar barəsində söhbət edərək qeyd etdik ki, onlar ilahi nemətlərin ən böyüyü və səadət və xoşbəxtlik amilidir. Bu fəsildə isə öz ərlərinin ən böyük düşmənləri sayılan üsyankar, sözəbaxmayan qadınlar barəsində bəhs edəcəyik. Onlar elə qadınlardır ki, ərlərinin qəm-qüssələrinə səbəb olur, ailə ocağını bədbəxtlik və çarpışma mərkəzinə çevirir, elə yaramaz hərəkət edirlər ki, heç bir kişi onların şərindən amanda qala bilməz, onların təlatümlü dəryasındatn qurtuluş sahilinə çıxa bilməzlər. Sanki bu cür fərdlər yer üzündə fəsadın ən nufuzlu amilləri və şeytanın nümayəndələridir; onlarla mübarizə aparmaq heç də adi şəxslərin işi deyil, hətta ilahi peyğəmbərlər və övliyalar da onların şərindən Pərvərdigari-aləmə sığınmışlar. İndi isə diqqətinizi bir neçə hədisə cəlb edirik:
"Təğabün” surəsinin 14-cü ayəsində buyurulur:
"Ey iman gətirənlər, həyat yoldaşları və övladlarınızın bəziləri sizin düşmənlərinizdir. Onlardan uzaq olun!”
Qadın və kişinin qarşılıqlı eşq və məhəbbətlərinin ən müqəddəs və ən yüksək eşq-məhəbbət olmasına baxmayaraq, üsyankar qadınların bir qrupu müəyyən amillər üzündən ərin ən qatı düşməninə çevrilə bilərlər. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:
"İblisin, cəmiyyəti fəsada çəkməkdə insanı qəzəbləndirən qadından daha güclü qoşunu yoxdur.”
Həzrət İmam Sadiq (əleyhissalam) bu hədisdə üsyannkar qadınları mömin şəxsin ən qalib düşmənləri təqdim edir. O Həzrət cəddi Peyğəmbərdən nəql edir ki, o həzrət həmişə öz dualarında deyərdi: "İlahi, üsyankar qadınların şərindən Sənə
pənah aparıram ki, məni tez qocaldar və cavan yaşlarımda mənə qocalıq əlamətlərini ariz edərlər.”
Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:
Qadınlar, adətən, ehsasata (emosiyalara) uyduqlarına, sevinib və ya qəzəbləndikləri zaman son dərəcədə dəyişildiklərinə, işin
axırına az diqqət yetirdiklərinə görə Əli (əleyhissalam) öz ardıcıllarına tövsiyə edir:
"Pis və üsyankar qadınlardan uzaq olun, onların yaxşıları ilə rəftarda ehtiyatlı olun.”
İmam Sadiq (əleyhissalam) buyurur:
"Öz qadınlarınızın şərindən Allaha pənah aparıb onların yaxşılarından da ehtiyat edin. Əgər onlar sizə göstəriş versələr, fikirləşmədən onlara tabe olmayın, çünki axırda sizi məsiyətə vadar edə bilərlər.”

Bu hədsilərdən çoxlu məsələ aydın olur, çünki üsyankar və istisna qadınlar bu dəyərli kəlamlarda aləm varlıqlarının ən pisi, şeytanın həmkarları kimi təqdim edilir, öz ərləri üçün ən güclü düşmən sayılır. Əsas etibarı ilə münhərif və xətakar qadınlar yer üzündə fəsadın, əxlaqi pozğunluğun və hərc-mərcliyin yaranıb yayılmasına səbəb olmaqla insanın kamala yetişməsinə, Allaha pərəstiş olunmasına mane olurlar. Bu xətərli varlıqlar cəmiyyəti fəsada çəkməklə, öz pozğun əxlaqları ilə ərlərini müxtəlif müşküllərə, o cümlədən, vaxtından əvvəl qocalmağa mübtəla edir, onların bədbəxtliklərinə səbəb olurlar. Bu cəhətdən müqəddəs islam dini öz ardıcıllarına bu barədə də lazımi göstəriş verir ki, bu fəsad bataqlığına düşməsinlər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.