Ruhumuzun rəngi
Gözlərinizi yumun və özünüzü sonsuz, ucu bucağı görünməyən bir yerdə təsvir edin. Həmin yerdə gözünüzə hansı rəng ilk çarpır?
Qırmızı.
Bu rəng aktiv, fəal, cəsarətli və güclü insanların rəngidir. Əgər bu sizin sevdiyiniz rəngdirsə, demək siz özünüzdən tez çıxan, qərarlı və ehtiraslısınız. İnsanlarla mübahisəni uzatmamaq, arada qanqaraçılıq yaratmamaq üçün hissələrinizi idarə edə bilirsiniz. Bəzən 10-a kimi saymaq lazım olur ki, sakitləşəsiz. Eyni zamanda siz mehriban və sadəlövhsüz.
Narıncı.
Son dərəcə güclü fantaziyanızla fərqlənirsiniz. Siz incəsənətə meylli adamsınız və bir sıra hobbiləriniz vardır. ürəyiniz dünyaya açıqdır, ünsiyyətcilsiz və diqqət mərkəzində olmağı sevirsiniz. Siz əgər bütün maraqlarınız içindən birini seçsəniz inanın ki müvəffəqiyyət əldə edəcəksiniz.
Sarı.
Mərhəmətli və iradəli bir insansız. Ətrafınızdakılar bu xüsusiyyətinizə görə sizə yaxınlaşır. Müsbət enerjiyə maliksiniz.
Yaşıl.
Psixoloqlar bu xarakteri tərs və qərarlı olaraq şərh edirlər. Yaşıl rəngi sevən şəxslər müstəqilliyə can atan şəxslərdir. Onlar qarşılarına qoyduqları məqsədlərə çatırlar. Ətraf mühitlərinə qarşı sərtdirlər. Dünya ilə ayaq saxlamaq üçün çalışın ətrafdakılarda cuzi nöqsanlar axtarmayın.
Mavi.
Əgər sizin gözünüzün qarşısında mavi rəng çanlandısa demək siz həssassınız və tez məyus olursunuz. Psixi müvaziməti saxlamaq üçün özünüzü biraz boş bruaxın, hadisələrə real yanaşın.
Göy.
Siz hərşeylə maraqlanan bir insansınız. Səhayət etməyi və dünyanı tətbiq etməyə böyük marağınız var. Tənhalıqdan qorxurlar və boşluq olduqda çox əziyyət çəkirlər. Bu qorxudan canınızı qurtarmaq üçün yaxşı olar ki, biraz öz daxilinizə baxıb öz istəklərinizi orda tapasınız.
Bənövşəyi.
Həssas, emosional və delikantdırlar. Asan küsə bilərlər. özlərinə qapalıdırlar.