..:Ağlamaq da bacarmıram,dərdə bax:..

12 Şubat 2015
1 777
0
..:Ağlamaq da bacarmıram,dərdə bax:..
..:Ağlamaq da bacarmıram,dərdə bax:..
w


Tale məni çox incidib,çox üzüb
Hələ qəlbim dözəcəkdir,çox dözüb.
Bu az yaşda nə görmüşəm-çox hüzn,
Ağlamaq da bacarmıram,dərdə bax.




Mən ruhuma güvənərək yaşadım,
Ondan başqa nəyim var ki-boş adım.
Çox istərdim ürəyimi boşaldım
Ağlamaq da bacarmıram,dərdə bax.




Sürünməkdi,bu ki,ömür-gün deyil,
Haqqım yoxdu buna ömür,gün deyəm.
Bax üzümə,ağlamalı gündəyəm
Ağlamaq da bacarmıram,dərdə bax.





Əsiriyəm bu əzabın,nisgilin,
Heç də ömrü az deyilmiş pis günün.
Taledən də,həyatdan da küskünəm,
Ağlamaq da bacarmıram,dərdə bax.


..:Ağlamaq da bacarmıram,dərdə bax:..
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.