Dahilərin həyatlarından bir neçə cümlə...

15 Şubat 2015
1 373
0
Dahilərin həyatlarından bir neçə cümlə...
Dahilərin həyatlarından bir neçə cümlə...
Vyanalı yazıçı Peter Altenberq bir gün səhhətinin ağırlaşdığını görüb həkimə müraciət edir.Yazıçının həyat tərzi ilə yaxından tanış olan həkim ona bir neçə məsləhət verir.
Altenberq heç bir söz demədən getmək istəyərkən həkim deyir:
-Bağışlayın,siz məsləhət üçün pul vermirsiniz?
-Necə?-deyə Altenberq təəccüblənir,-Axı mən sizin məsləhətlərinizi qəbul etməmişəm.

Bir gün bəstəkar N.Q.Rubinşteynin yanına olduqca gözəl bir qız gəlir.Qız pianoçu olmaq arzusunu bildirir və bəstəkardan xahiş edir ki,onu dinləsin.Çalmağı çox da yaxşı bilməyən bu gözəl qız pianoda 1-2 mahnı ifa etdikdən sonra bəstəkardan soruşur:
-Mayestro,siz mənə nə məsləhət görürsünüz?Mən nə etməliyəm?
Rubinşteyn gülümsəyərək deyir:
-Ərə getməlisiniz.

Bir gün biri yazıçı Aleksander Dümanın yanına gəlib deyir:
-Əgər mənə 300 frank borc verməsəniz özümü və 3 uşağımı öldürəcəyəm.
Düma təəssüflə bildirir ki,mən sizə yalnız 200 frank verə bilərəm.
-Yox,mənə 300 frank lazımdır-deyə yazıçı təkid edir.
Düma əlacsız qalıb deyir:
-Siz özünüzü öldürün,uşaqlara isə toxunmayın,200 frank onlara bəs edər.

Alman yazıçısı,məcmuə redaktoru Teodor Fontane günlərin birində biri tərəfindən göndərilən bir şeir alır.Əlavə olunan məktubda şeir müəllifi izahat verərək yazmışdır ki,vergülləri özüm bilərək qoymamışam,lazım bilməmişəm.Xahiş edirəm ki,ehtiyac varsa,yeri gəlincə,vergülləri siz özünüz qoyun.
Fotane ona cavab yazır ki,növbəti dəfə siz ancaq vergül və nöqtələri yazıb göndərin,şeiri mən özüm yazacam.


ABŞ-ın prezidentlərindən biri olan Abraam Linkoln fiziki əməklə məşğul olmağı çox sevərdi.Şəxsən ona lazım olan bütün işləri özü görərdi.Bir dəfə Britaniya səfiri onu ayaqqsını silən görəndə təəccüblə soruşur:
-Bu nədir,məgər ayaqqabılarınızı siz özünüz təmizləyirsiniz?
-Əlbəttə,onda ürəyimə yatır və daha rahat oluram,-deyə Linkoln cavab verir.

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.