Gələcəkdir xoş səsimiz...

24 Şubat 2015
1 520
0
Gələcəkdir xoş səsimiz...
Gələcəkdir xoş səsimiz...


Qəm eyləmə,gözəl Ana,axıtma gəl göz yaşını,
Alacağıq tezlik ilə torpağın hər qarışını.
Qarabağda ,Xocalıdan Azərbaycan bayrağını,
Fəth edərək zirvələrə qaldıracaq millətimiz,
Kəlbəcərdən,Füzulidən,gələcəkdir xoş səsimiz....

Şuşamızın dağlarında duman,çiskin olmayacaq,
O,erməni dığaları hec biridə qalmayacaq.
Cəbrayılda, Xankəndində lalələr yenə açacaq.
Qələbəylə oxuyacaq sona bülbüllərimiz ,
Qubadlıdan,Ağdərədən,gələcəkdir xoş səsimiz... ,


Şəhidlərin qanı yerdə qalmayacaq hec birinin,
Mübariztək oğulları çoxdur mənim Vətənimin.
Ağdamımda dalğalanan bayrağımın guşəsinin
Kölkəsində fərəh dolu gəzəcəyik hər birimiz,
Xocavəntdən,Zəngilandan,gələcəkdir xoş səsimiz....

Müəllif : Seymur Sönməz
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.