Qan Qrupuna görə insanların xarakterik xüsusiyyətləri
Yaponlar bir insanla tanış olduqlarında onun qan qrupunu da soruşmağı unutmurlar. Bu bəzilərini təəccübləndirsə də, yaponlar qan qrupunun insanın bir sıra xarakterik xüsusiyyətlərini müəyyən etdiyinə inanırlar.Yaponlara görə:....
I qrup - İnsanlar tərəfindən sevilən, həyatsevər olurlar. Romantikdirlər, tez-tez şikayət edirər, onları məyus etmək asandır. Buna baxmayaraq optimistdirlər və hisslərini gizlətməyi sevmirlər.
II qrup - Çalışqan, dürüst, qrupda işləməyi bacarandırlar. Hisslərini gizlədirlər və onları başqalarının onlar haqqında düşündükləri daim narahat edir. Uduzmağı sevmirlər, ən kiçik şeylərə görə də narahat olurlar. Emosiyadan çox ağılla iş görürlər, pessimistdirlər.
III qrup - Aktiv, ərköyün və tamamilə işə aludə olandırlar. Məşhurluq və idarəçi olmaqda çox da maraqlı deyillər. Ədalət vurğunudurlar, gözəl yumor hissinə malik olan bu insanlar, həm də emosionaldırlar. Əhvalları tez-tez dəyişir və başqalarına bir o qədər də fikir vemirlər.
IV qrup - Ciddi və konkretliyi sevən insanlardır. Hər şeyə maraq göstərən bu qan qrupu sahibləri öz hisslərini ifadə etməkdə bir qədər çətinlik çəkirlər. Sirrlidirlər, insanlara daim şübhə ilə yanaşırlar. Verdikləri sözü tuturlar və çətin xarakter sahibləridirlər.