Gənclərimizin musiqi zövqünü kim korlayır? -muzakirə
Siz hansı musiqini sevirsiniz? Yəqin ki, belə sualla tez-tez qarşılaşırsınız. Hər dəfə də ona rahat cavab vermək olmur. Ona görə yox ki, siz nəyisə dinləməyi sevmirsiniz. Başqa səbəbdən.
Ən çətin suallardan biri də budur: "Siz Üzeyirin və Rəqsanənin yaradıcılığına pərəstiş edirsinizmi?" Bəziləri belə musiqilər üçün "ölürlər" və ətrafdakı insanları da məcbur etmək istəyirlər ki, bu mahnıları dinləsinlər. Siz heç vaxt yolda dayanmış avtomobildən Rəşid Behbudovun səsini eşidə bilməzsiniz. Ancaq "Can-cana" və bunun kimi mahnılar artıq birinci il deyil ki, küçələri bürüyüb.
Gənclər arasında belə bir fikir də var ki, əgər siz "Leyli və Məcnun" üverturasına və ya Baxın orqan musiqisinə qulaq asırsınızsa, sadəcə özünüzü göstərmək istəyirsiniz. Başqalardan fərqlənmək istəyirsiniz.
Çətin ki, qulaqlıqlarda muğam və caz dinləyən adamla rastlaşmazsınız. Ancaq meyxana əməlli-başlı populyardır. Meyxana da maraqlı və çətin xalq yaradıcılığı janrıdır. Ancaq meyxanalar çox vaxt qeyri-professional səs yazıları və anlaşılmaz mətnlərlə müşayiət olunurlar.
Gənclərimizin musiqi zövqünə müasir toy mədəniyyəti də təsirsiz ötüşmür.
Bəs siz necə düşünürsünüz, əziz oxucular?