8 Mart Beynalxalq Qadınlar Bayramı münasibəti ilə bütün Xanımları Təbrik edirəm
Birinci ilk arzum, sizə xanımlar
Olmasın nə kədər,nədə qəminiz ,
Deməyin nə edim,nə eyləyim siz,
Sizə kömək olsun uca Rəbbimiz ..
İkinci arzumda cox müxtəlifdir,
Qelbimdən deməyə nələr kecibdir,
Cənnəti siziylə birgə secibdir,
Həzrəti Mühəmməd Peyğəmbərimiz..
Ücüncü arzumda belədir bilin
Axan göz yaşını sevincdən silin,
Daima həyatda sevilin sevin ,
Coşğun dəniz olsun məhəbbətiniz..
Dördüncü arzumda yazıram burda,
Olasız daima toyda büsatda
Təbrikim aiddi böyük uşağa,
Sabahın Anası körpələrimiz...
Beşinci arzumda cəkməyin qubar
Sizdən uzaq olsun həsrət intizar
Könül bağcamızda daim gül acar,
Bənövşə qızıl gül lalələrimiz
Altıncı arzumun diləyi bir yük
Ana adı daşımaq hər şeydən böyük,
Olmayın hec zaman həyatdan sönük,
Daima parlasın səadətiniz...
Yeddinci arzumda yazsam sığışmaz
Desəm saatlarla vallah qurtarmaz
Analar bacılar sizsiz həyat olmaz
Nə gözəl yaranıb bəşəryətimiz ...
Səkkizinci arzumda səkkizi martda
Olasız hər zaman xoşbəxt həyatda
Gün kecər catasız ahıl yaşına
Sizə cicək ala nəvələriniz....
Müəllf : Seymur Sönməz