Necəsən bildim daha...

12 Mart 2015
1 668
0
Necəsən bildim daha...
Necəsən bildim daha...






Necəsən bildim daha,
Nəsən eşitdim artıq.
Dünən üzün bir idi,
Çeşid-çeşiddi artıq.
Bir rəngsiz filim idim
Başlandım,bitdim artıq.
Öz sənət əsərindir
Bax,doyunca,bax,qurtar.


Nə yaşadım bilmədin,
Necə ölürəm bilmə.
Mən səni söz-söz sevdim,
Mən səni kəlmə-kəlmə.
Qop daha varlığımdan
Sökülüb ilmə-ilmə,
Düş yerə damla-damla,
Qalx göyə ah-ah qurtar.


Ruhum nahamardı çox
Əzab vermə rəndənə.
Məni cilalamaqmı
Məgər sənin təntənən?
Bu sevgi hardan belə,
Nə görmüsən,məndə nə?!
Ya məni al,ya dərdi,
Allah,sən Allah,qurtar!



Müəllif:Ruslan Talib


Necəsən bildim daha...
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.