ALLAHım gəldim

11 Mart 2015
1 860
0
ALLAHım gəldim
ALLAHım gəldim

Səni düşünürəm indi…
Günahimdan çox rəhmətini..
Və gəldim..
Nəyim var, nəyim yox isə aldım, gəldim..
Günahlarımla, üsyanlarımla, Olmayan şükrlərim və dualarımla gəldim..
Gəldim ALLAHım
Elə yorğun gəlişdir ki bu gəliş..
Alacaqsanmı məni hüzur qapısından?
Qapılar önündə qoymazsan məni, deyilmi?
Çarəsizəm indi... Elə çarəsiz...
Hüzurunun o isti iqliminə möhtacam ..
Zaman tükəndi artıq...
Tükəndim, ALLAHım..
Ey qəlbimin sahibi..
Ey mərhəmətlilərin ən mərhəmətlisi
Rəhmətsizlikdən qovrulan könlümə nurlarını yağdırarsanmı?
Ey dərdlərin yeganə dərmanı olan..
Ey əzəli və əbədi dostu qullarının
Gəldim… Burdayam…

Qəbul etməzsən məni ? Qulum deməzsən?...
Yoxsa almazsan hüzuruna?!
Qul olduğunu unudub qulluqdan bixəbər bir acizi
Bagışlayarsanmı məni, ALLAHım?...
Bu qədər günahıma baxıb bağışlayarsanmı?...
Ey Rəbbim, izn ver..
İzn ver hüzurunda günahsız durum..
Günahımı alıb bu yükdən qurtarmazsan?
Bu qədər zamandır etdiyim günahlardandır Sənə çata bilməmişəm
Sənə gəlişimi əngəlləyən bütün yolları sök ALLAHım..
"Qulum" dediklərin arasına qat məni də..
Sənə layiq qul olmaqla şərəfləndir ALLAHım
Bağışla, ALLAHım..
Günahım çox… Amma Sənin rəhmətin daha çox…
axi Sən rəhmətinin 99%-ni qiyamətdə mömin qullarına saxlayansan…
Hüzurunda boynumuzu bükmə, ALLAHım..
Bilirəm…
Bilirəm bağışlayarsan, ALLAHım..
Əksik etmə qəlbimdən rəhmətinin damlalarını..
İzn ver tövbə qapılarını keçim…
Dilimə dəyən hər bir hərf könlümdə yeni dua çiçəkləri yaratsın..
Baharın ölmüş toprağa həyat verdiyi kimi ,
mən də bir həyat tapım ..
Ölüləşmiş qəlbimdən gələn pis qoxular ruhuma dəymədən ,
rəhmətinin xoş qoxuları ilə qəlbimi doldur..


Bizi atəşin əzabından qoru, ALLAHım!!!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.