...Peyğəmbər sevgisi...

11 Mart 2015
1 519
0
...Peyğəmbər sevgisi...
...Peyğəmbər sevgisi...

Qurani-Kərimdəki ayeyi-kərimə Peyğəmbərimiz-səlləllahu əleyhi və səlləmi sevməyin vacib olduğunu və onun bu sevgiyə laiq olduğuna sübutdur. Allah təala buyurur.
(Ya Rəsulum) De:Əgər atalarınız, oğullarınız, qardaşlarınız, övrətləriniz, qəbiləniz, qohumlarınız, qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət, xoşunuza gələn məskənlər sizə Allahdan, Onun peyğəmərindən və Allah yolunda cihaddan daha əzizdirsə, Allahın əmri gəlincəyə qədər gözləyin. Allah fasiqləri doğru yola yönəltməz!

Ayədəki (Allahın əmri gəlincəyə qədər gözləyin) cümləsi ilə malı, qohum-əqrabası, oğul-uşağı və ticarət özünə Allah və Rəsulundan daha sevimli olanların halının çirkin və əzaba laiq olduğunu bəyan edir.
Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır. Onun övrətləri möminlərin anaları yerindədir.
Burada belə bir sual meydana gələ bilər. Görəsən həzrəti Peyğəmbərin bizim sevgimizə ehtiyacı varmı ki, özünün sevilməsi üzərində bu qədər təkidlə durur? İndi isə bu suala cavab verək. Peyğəmbərimizin bizim sevgimizə əsla ehtiyacı yoxdur. Çünki onu Allah təala sevmişdir və aləmlərə rəhmət qılmışdır. Ancaq bizim onun sevgisinə ehtiyacımız var. Çünki insan sevdiyi kimsəyə bənzəmək istər. Allah Rəsulunu sevən onun yoluna girəcək, sünnəsini mənimsəyəcək və Allahasevimli bir bəndə olmaq imkanı qazanacaq...

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.