Allahın elmi və qüdrəti

11 Mart 2015
2 335
0
Allahın elmi və qüdrəti
Allahın elmi və qüdrəti

ALLAHın elmi, onun zatı ilə eyni olması baxımından əzəli və sonsuzdur. ALLAH-Təala zatında olan elmindən əlavə, onun zatından kənar olan, bu və ya başqa külli və cüzu şeylərə də, istər baş verməsindən öncə istər baş verdikdən sonra, agahdır. Bu məsələni Qurani-Kərim vurğulayaraq buyurur:
"Həqiqətən, ALLAH hər şeyi biləndir!".

Həmçinin buyurur:
"Məgər yaradan (hər şeyi) bilməz mi?! ALLAH (hər şeyi) incəliyinə qədər biləndir, (hər şeydən) xəbərdardır!"

Peyğəmbərə (s.a.v) əhli-beytindən olan imamlardan da ALLAH-Təalanın elminin əzəli və genişliyini dönə-dönə vurğulayan hədislər vardır. İmam Sadiq (ə) bu xüsusda buyurur:

"O (ALLAH), yeri onu (yeri) yaradandan əvvəl də özünün onu (yeri) yatartmasından sonra olduğu kimi bilirdi. Onun bütün işləri bilməsi də belədir" (ALLAH artıq yaratmış olduğunu, yaradandan əvvəl də (əzəldən bilirdi)

ALLAHın qüdrəti də elmi kimi əzəlidir və onun elmi kimi zatı ulə olduğundan hüdudsuzdur. Qurani-Kərim ALLAHın qüdrətinin genişliyi üzərində tıkid edrək buyurur:
"ALLAH hər şeyə (hər bir şeyi yaratmağa və məhv etməyə) qadirdir!".

İmam Sadiq (ə) buyurur:
Hər şey bilik, qüdrət, təsəllüt (hər şey üzərində hakim olma), malikiyyət və ALLAHın onlara əhatəliyi baxımından bərabərdir."

Onu da qeyd edək ki, mövcud olması qeyri-mümkün olan əşyanın vücuda gətirilməsi ALLAHın qüdrət və əzəmətindən xaric olması, ALLAHın ona qüdrəti çatmadığına görə deyil, həmin əşyanın özünün vücuda gəlməsi və var olmasının mümkün olmaması üzündəndir.

Həzrət Əli (ə) qeyri-mümkün varlıqların vücuda gəlməsi barədə verilən suala belə cavab vermişdir: "ALLAH-Təala acizlik və bacarıqsızlıqdan uzaqdır, sual etdiyin şeyin özü olası bir şey deyil"
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.