Uca Allahın Varlığı

23 Şubat 2016
1 803
1
Uca Allahın Varlığı
Uca Allahın Varlığı

Uca Allahın Varlığı

Biz, Allah-təalanın bütün varlıqları yaratdığına və başqa sözlə desək, Onun varlıq dünyasının yaradanı olduğuna inanırıq, Onun Əzəmətli, Elmi və Qüdrətinin əsərləri dünyanın bütün varlıqlarında aşkar olmuşdur. Uca Yaradanın əzəməti, elmi və qüdrəti bizim vücudumuzda (həmçinin fitrətimizdə), canlılar və bitkilər aləmində, səmanın bitib-tükənməyən ulduzlarında və daha yüksək aləmlərdə, bir sözlə hər yerdə aşkardır.
Biz inanırıq ki, gördüyümüz bu böyük dünyanın varlıqlarının sirləri barəsində daha çox fikirləşək, Onun pak Zatının əzəmətinə, elm və qüdrətinin sonsuz olduğuna bir o qədər agah olarıq. Müxtəlif kəşf və ixtiralarla və elmin inkişafı ilə, həqiqətdə Allahın elm və hikmətinin yeni-yeni qapıları bizim üzümüzə açılır. Bəşərin Allah barəsində düşüncəsi və etiqadı artaraq yeni-yeni elmi kəşflər edir. Belə ki, təbiətin bir çox sirlərinə agah olduqda, istər istəməz onun yaradanı barəsində fikirləşir, Onun pak zatının əzəməti və elminin qüdrətinin, geniş olduğunu heyranlıqla etiraf edirik. Bu təfəkkür bizim Allaha olan eşqimizi gün bəgün artırır, bununla da, Ona daha çox yaxınlaşdıraraq, tükənməz Cəlal və Cəmal sifətlərinin nuruna boyayır. Qurani-kərim buyurur:
"Yer üzərində inam, yəqin axtaran kəslər üçün nişanələr, ibrətlər vardır. Və sizin öz vücudunuzda da, nişanələr mövcuddur. (məgər) Görmürsünüzmü?” (Zariayat, 20-21)
Ali-İmran surəsinin 90-91-ci ayələrində buyurulur: Şübhəsiz, yerin və göylərin yaradılışında və gecə-gündüzün gəlişində ağıl sahibləri üçün nişanələr vardır. Onlar ayaq üstə, oturan halda, böyürləri üstə yatarkən Allahı zikr edib (hər vaxt Onun barəsində fikirləşərlər), göylərin və yerin yaranışını təfəkkür edər və deyərlər: "Ey Rəbbimiz, bu dünyanı boş-boşuna yaratmamısan.”

Uca Allahın Varlığı

Allahın Cəlal və Cəmal sifətləri (xüsusiyyətləri)

Uca Allahın Varlığı

Biz inanırıq ki, Allahın Pak Zatı hər bir eyib və nöqsandan uzaqdır və O, bütün kamal sifətlərinin sahibidir. Həqiqətdə O, mütləq kamilliyin özü və kainatın yaradanıdır. Başqa bir sözlə desək, dünyada mövcud olan hər bir gözəlliyin və kamal bulağı Ondan çeşmələnmişdir. Qurani-kərim buyurur: "Odur yeganə Allah, Ondan başqa bir məbud yoxdur! Əsl hökmrandır! Pakdır, hər bir eyibdən uzaqdır. Heç bir kəsə zülm etməz, əmin-amanlıq bağışlayandır. Hər bir şeyi qoruyandır. Qüdrətli və məğlubedilməz bir Allahır ki, öz nüfuzlu iradəsi ilə hər bir işi islah edir. Cəbərudludur, əzəmətlidir, uludur! Ona ortaq-şərik edilən hər bir şeydən uzaqdır. O bir Allahdır ki, müsilsiz yaradan heç bir nümunə olmadan xəlq edəndir, misilsiz surət verəndir. Gözəl adlar Ona məxsusdur. Göylərdə və yerdə hər nə varsa Ona təsbih deyərlər. O, əziz və həkimdir.” (Həşr, 22-23)

Uca Allahın Varlığı
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. allah bendesi
    cox gozel xeberdir ALLAH razi olsun
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.