Allahın "əl-Xabir" adının mənası

12 Temmuz 2015
2 442
0
Allahın "əl-Xabir" adının mənası
Allahın "əl-Xabir" adının mənası
əl-Xabir sözü xəbərdar olan deməkdir. əl-Xabir olan Allah hər şeydən xəbərdardır. Allahın əl-Xabir adı Qurani-Kərimdə qırx beş dəfə zikr edilir. Uca Allah buyurur:
“Göyləri və yeri haqq olaraq xəlq edən Odur. O: "Ol!"– dediyi gün hər şey olar. Onun Sözü haqdır. Sur üfürüləcəyi gün hökm yalnız Ona məxsus olacaqdır. Qeybi və aşkarı Bilən də Odur. O, Müdrikdir, hər şeydən Xəbərdardır” (əl-Ənam, 73).
"Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır" (əl-Hucurat, 13).
“Sədəqələri aşkarda verirsinizsə, bu çox gözəl. Əgər onu yoxsullara gizlində versəniz, bu sizin üçün daha yaxşı olar. Allah sizin bəzi günahlarınızdan keçər.
Allah nə etdiklərinizdən xəbərdardır” (əl-Bəqərə, 271).
"Əgər Allah Öz qullarına bolluca ruzi versəydi, onlar yer üzündə həddi aşardılar. Lakin O, istədiyi şeyi qədərincə göndərir. Həqiqətən, O Öz qullarından Xəbərdardır, Görəndir" (əş-Şura, 27).
əl-Xabir olan Allah gizli və aşkar olan hər şeydən xəbərdardır. O, mülkündə baş verən hər şeyin həqiqətini biləndir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.