Fitrə zəkatını hesablaya bilərsənmi?

10 Temmuz 2015
2 264
0
Fitrə zəkatını hesablaya bilərsənmi?
Fitrə zəkatını hesablaya bilərsənmi?

Fitrə zəkatını hesablaya bilərsənmi?
Rəhimli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Osman riyaziyyat fənnini çox sevir. O,vurma cədvəlini bilir.Toplama, çıxma əməlini və digər riyaziyyat məsələlərini də əla bilir.

Ramazan ayının mübarək günlərinin birində Osman məğrib namazını məsciddə qılıb evə döndü.

İki rükət məğrib namazının sünnəsini qılıb,ailəsi ilə axşam yeməyini yemək üçün süfrəyə oturdu. Axşam naharını edib, bitirdikdən sonra Osman belə dua etdi:

— Bunu mənə yedirdən və özüm heç bir qüdrət və güc sərf etmədən onu mənə bəxş edən Allaha həmd olsun!

Sonra Osman öz otağına keçib,dərs stolunda əyləşdi. Elə bu vaxt, radioda aparıcının belə dediyini eşitdi:

— Şəvval ayının başlandığını bildirən ay göründü. Allah Ramazan ayında tutduğunuz orucu və saleh əməllərinizi qəbul etsin!

Bu xəbər Ramazan ayının bitməsini və bayramın gəlişini bildirirdi. Osmanın ailəsi bayramın gəlməsinə çox sevindi və dərhal Allaha dua etməyə başladılar: “Uca Rəbbimiz hər birimizin bu ayda etdiyimiz bütün ibadətləri qəbul etsin”.
Fitrə zəkatını hesablaya bilərsənmi?
Osmanın anası dedi:

— Oğlum,bu gecə sənin üzərinə vacib bir riyazi məsələni həll etmək düşür. Bilmək istəyirsənmi o nədir?

Bunu eşidən Osman gülümsəyərək cavab verdi:

— Bəli,bilirəm anacan. Bu yəqin ki, fitrə zəkatını hesablamaqdır.

Sonra Osman vərəq və qələm gətirib hesablamağa başladı.Və bu arada onun yanına balaca bacısı Zeynəb gəldi.Qardaşından xahiş etdi ki,ona da fitrə zəkatını hesablamağı öyrətsin. Osman bacısının bu istəyinə çəx sevinərək gülümsədi.

— Əziz bacım,bil ki,fitrə zəkatı hər bir azad,ağıllı müsəlman kişi və qadına vacibdir. Necə ki, səhih olan hədisdə,Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) (Ramazan bayramında) fitrə zəkatı olaraq müsəlmanlardan köləyə və azad insana, kişiyə və qadına, kiçiyə və böyüyə bir saa xurma və ya bir saa arpa verməyi vacib buyurmuşdur. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) fitrə zəkatını, camaat(bayram)namazına çıxmamışdan əvvəl verməyi əmr etmişdir. Fitrə zəkatı ölkə əhalisinin yeməklərinə uyğun verilməlidir. Belə ki, düyü, kişmiş, xurma və buğda kimi ərzaqlar fitrə zəkatı olaraq verilə bilər.

Zeynəb dedi:


— Əziz qardaşım bəs hədisdə keçən “saa” sözü nə deməkdir? Mən bu sözü heç vaxt dükandakı satıcılardan eşitməmişəm”.

Osman dedi:

— “saa” keçmişdə insanların tətbiq etdikləri ölçü vahididir.Bu xüsusi ölçüyə malik qab idi.İndiki ölçü ilə uyğunlaşdırsaq tutumu 2kiloqram yarıma bərabərdir.İndi də bəzi kəndlərdə insanlar ərzaqlarını belə qablarla ölçüb,“saa” ölçüsündən istifadə edirlər.

Beləliklə,Osman vərəq üzərində yazmağa başladı.

Ailə üzvləri Ərzaq Kiloqram
Fitrə zəkatını hesablaya bilərsənmi?
Atam düyü 2,5

Anam düyü 2,5

Mən düyü 2,5

Bacım düyü 2,5

2,5+2,5+2,5+2,5=10kq

Hesabladıqdan sonra, Osman bacısına izah etməyə başladı:

— Əziz bacım,yəni biz hər birimizə düşən 2,5kq-ı dörd dəfə təkrarlamalıyıq. Yəni toplamalıyıq.Və ya onu 4-ə vurmalıyıq. Nəticədə, 2,5*4=10kq alırıq.

Zeynəb gülümsəyərək dedi:

— Osman,sən bütün bunları necə öyrənmisən?


Osman dedi:

— Biz müsəlman olaraq dinimizin əsaslarını öyrənməliyik ki,halalı haramdan seçə bilək. Allah da bizdən razı qalsın”. Zeynəb dedi:“Bunu necə etməliyik?

Osman dedi:

— Dinimizi öyrədən bu kitabları oxumaqla. (və əli ilə rəfdəki kitabları işarə etdi)

İşa namazını qıldıqdan sonra Osmanın anası dörd kisə düyü götürdü. Hər kisənin çəkisi 2,5 kq olmaqla bir adamın fitrəsinə bərabər idi. Osman kisələri atasının maşınına yerləşdirdi.

Ertəsi gün fəcr namazının azanı verildikdə Osmanın ailəsi artıq oyanmışdı. Bayram üçün hazırladıqları gözəl paltarlarını geyinmişdilər. Evdən çıxdıqda isə Peyğəmbərimizin (Allahın ona salavat və salamı olsun) sünnəsinə uyğun olaraq xurma yedilər.

Hazırladı: Çinarə Köçəriyeva

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

R.t..Zemichka

Fitrə zəkatını hesablaya bilərsənmi?
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.