Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) danışması
Rəhimli və Mərhəmətli Allahın adı ilə
Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:
1. Uca Allah buyurur: «And olsun batmaqda olan ulduza! Sizin yoldaşınız nə haqdan azmış, nə də yoldan çıxmışdır. O, öz istəyi ilə danışmır. Bu, ona təlqin edilən bir vəhydir». (ən-Nəcm surəsi, 1-4)
2. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) Abdullah ibn Amr üçün dedi: «Yaz! Nəfsim əlində olana and olsun ki mənim (ağzımdan) haqdan başqa bir şey çıxmır». (Hədisi Əbu Davud rəvayət etmişdir. Hədis həsəndir)
3. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) dedi: «Mənə cavamiul-kələm (qısa kəlimələrdən ibarət ancaq geniş mənaları əhatə edən sözlər), (düşmənimin qəlbinə salınacaq) qorxu verildi. Yatdığımda yer üzünün açarları (ölkələri asan fəth etmək) mənə verildi və əlimə qoyuldu». Əbu Hureyrə dedi: «Peyğəmbər (Allahın ona salavat və salamı olsun) getdi siz də bu xəzinələri çıxartmaqdasınız».
4. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) sizin sadaladığınız kimi sadalamazdı. Danışdıqda açıq-aydın, ara verməklə yanında oturanlar əzbərlədiyi tərzdə danışardı. (Muslim)
5. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) danışdıqda elə danışardı ki kəlmələri saymaq istəyən saya bilərdi. (Buxari və Muslim)
6. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) çox susan bir adam idi. (Əhməd həsən isnadla rəvayət etmişdir).
7. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) söylədiyi sözlər başa düşülsün deyə üç dəfə təkrar edirdi. (Buxari) ( Burda başa düşülməsi çətin olan sözlər nəzərdə tutulur)
8. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) kəlimələri qısa, mənaları isə dərin olan duaları sevərdi. Belə olmadığı halda isə tərk edərdi. (Əhməd rəvayət etmişdir. Səhihdir)
9. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) xütbə verdikdə gözləri qızarar, səsini yüksəldər, hirsi artardı. Elə bil ki «düşmən sizə axşam və sabah» hücum edəcək deyən qoşunun xəbərdar edəni idi. (Muslim)
Hazırladı: Ramil Sotanov
Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha