Şeytana itaət — TÖVHİD’İ pozur!

13 Mart 2015
4 331
0
Şeytana itaət — TÖVHİD’İ pozur!
Şeytana itaət — TÖVHİD’İ pozur!


Rəhimli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:
Uca Allah, günahda şeytana itaət etməyi, şeytana ibadət adlandırmışdır. Uca Allah buyurur:

“Məgər mən sizə buyurmadımmı ki, şeytana ibadət etməyin, o sizin açıq-aydın düşməninizdir.” (Yasin, 60)

Allahu-Təalə İbrahimin hadisəsini zikr edərək onun atasına belə dediyini buyurur:

“Atacan! Şeytana ibadət etmə! Həqiqətən, şeytan Mərhəmətli Allaha çox asi oldu.” (Məryəm, 44)

Kim Rahmənə (Allaha) qulluq etməyin, Ona itaət etməyin haqqını vermirsə, şeytana itaət etməklə ona ibadət etmiş olur. Yalnız Allaha ixlas ilə qulluq edən kimsə, şeytana ibadət etməkdən qurtula bilər. Uca Allah onlar haqqında belə buyurur:
“Şübhəsiz ki, qullarım üzərində sənin heç bir hökümranlığın yoxdur.” (əl-Hicr, 42)
“Lə iləhə illəllah” sözünün haqqını verənlər də məhz onlardır və onu ixlasla deyirlər və dili ilə deyərkən əməlləri ilə təsdiqləyirlər. Nə məhəbbətdə, nə ümiddə, nə qorxuda, nə itaətdə, nə də təvəkküldə Allahdan başqasına əhəmiyyət vermirlər. “Lə iləhə illəllah” sözlərini sidq ilə söyləyənlər də mәhz onlardır. Allahın həqiqi qulları da onlardır. Lakin kim “lə iləhə illəllah” sözlərini dili ilə deyərsə, sonra Allaha qarşı günahda, Ona qarşı müxalifətdə şeytana və öz nəfsinin istəyinə itaət edərsə, onun bu əməli, dili ilə dediklərini təkzib etmiş olur. Seytana və nəfsinin istəyinə itaət etməklə Allaha qarşı etdiyi üsyanın miqdarı qədər tövhidindәn azaltmışdır.


“Allahdan bir doğru yol göstəricisi gəlməyincə öz nəfsinin istəyinə uyandan daha çox azmış kim ola bilər?!” (əl-Qasas, 50)

“Nəfsin istəyinə uyma, yoxsa o səni Allahın yolundan azdırar.” (Sad, 26)

Ey insan! Allahın qulu ol, nəfs istəyinin qulu olma! Çünki nəfsin istəyi sahibini atəşə salır. Uca Allah buyurur:
“Ayrı-ayrı tanrılar yaxşıdır yoxsa Tək olan, hər şeyə Qalib gələn Allah?” (Yusuf, 39)

Allahın elçisi belә buyurur: “Dirhəm qulu həlak olsun! Dinar qulu həlak olsun!”

Allaha and olsun ki, Tək olan Allaha qulluğun haqqını verən kəsdən savayı heç kəs sabah Allahın əzabından qurtula bilməyəcək! Kim ilahının, məbudunun tək bir fərd (Allah) olduğunu bilirsə, ibadətlərində onu təkləşdirsin!
“İbadətlərində Rəbbinə heç kəsi şərik qoşmasın!” (əl-Kəhf, 110)

İnsanın “lə iləhə illAllah” söyləməsi, Allahdan başqasını sevməməsini tələb edir. Çünki ilah o kəsdir ki, məhəbbət, qorxu və ümid ilə ona itaət olunur. Allahın sevdiyini sevmək, Allahın xoşlamadığını xoşlamamaq isə Allahı sevməyin kamilliyindəndir. Kim Allahın xoşlamadığı bir şeyi sevərsə vә Allahın sevdiyi bir şeyi bəyənməzsə, nə tövhidi tamamlanar, nə də “lə iləhə illAllah” deyərkən (tələb olunan) səmimilik tamanlanmış olar. Bununla da həmin insanda -Allahın sevdiklərindən- bəyənmədiyi miqdarda, -Allahın bəyənmədiklərindən- isə sevdiyi miqdarda gizli şirk meydana gәlmiş olur. Uca Allah buyurur:
“Bu ona görədir ki, onlar Allahın qəzəbinə səbəb olan şeyə uydular və Onun razı qaldığı şeyə nifrət etdilər. Buna görə də Allah onların əməllərini boşa çıxartdı.” (Muhamməd, 28)




Hazırladı: Ayxan Yaquboğlu

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.