Əgər biz qadınlar bunları bilsəydik.

28 Nisan 2015
2 080
0
Əgər biz qadınlar bunları bilsəydik.
Əgər biz qadınlar bunları bilsəydik.

Rəhmli və Mərhəmətli Allahin adı ilə Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
1. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: «Əgər kiməsə Allahdan başqasına səcdə etməyi əmr etsəydim, qadına əmr edərdim ki, ərinə səcdə etsin. Qadının əri onu miniyin üzərində belə tələb etsə və o da özünü təslim etsə, yenə də ərinin haqqını verə bilməz..» (Tabərani 5/5116. əl-Albani "səhih” deyib)

2. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: «Qadın ərinin haqqını vermədikcə imanın şirinliyini tapmaz..» (Hakim (4/7325) rəvayət edib və əl-Albani "səhih” deyib.)


3. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: «Qadın ərinin haqqını vermədikcə, Allahın haqqını vermiş sayılmaz…» (Tabərani 5/5084, əl-Albani "səhih” deyib.)

4. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: «Bəşərin bəşərə səcdə etməsi caiz olsaydı, ərin haqqının böyüklüyünə görə qadına əmr edərdim ki, ərinə səcdə etsin…» (Əhməd 3/158, əl-Albani "səhih” deyib.)

5. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: «Əgər qadın ərinin haqqını bilsəydi, əri yemək yeyib qurtarana qədər ayaq üstə onun xidmətində durardı…» (Tabərani 20/333.)


6. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: «Qadın beş vaxt namazını qılarsa, Ramazan orucunu tutarsa, özünü haramdan qoruyarsa və ərinə itaət edərsə, Qiyamət günü ona: Cənnətin hansı qapısından istəyirsənsə, ora daxil ol –deyilər…» (Əhməd 1661, əl-Albani "həsən” deyib.)

7. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: «Qiyamət günü ən çox əzab olunan insanlar iki sinifdir: ərinə asi olan qadın və insanların istəmədiyi halda onlara imamlıq edən imam…» (Tirmizi 359, əl-Albani "səhih” demişdir.)

8. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: «Ərinə ehtiyacı olduğu halda ona təşəkkür etməyən qadının Allah üzünə baxmaz…» (Nəsai "Sunənul Kubra” 5/9135, əl-Albani "səhih” demişdir.)

9. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: «Cəhənnəm əhlinin çoxunun qadınlar olduğunu gördüm..» Soruşurlar: — Niyə görə ya Rasulullah? «Küfr etdiklərinə görə» deyə cavab verir. Allaha küfr etdiklərinə görəmi? – soruşulduqda, Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: «Yaşayışa küfr edirlər, yaxşılığa küfr edirlər.. Onlardan birinə ömrü boyu yaxşılıq etsən, sonra səndən bir şey görərsə, deyər ki: — səndən heç bir yaxşılıq görmədim…» (Buxari 1052, Muslim 907.)


10. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: «Sizin qadınlarınız Cənnət əhlidir. O qadınlar ki ərini sevər, ondan çoxlu övlad dünyayay gətirər və ərinə əziyyət verəndə tez onunla barışar…» Başqa bir rəvayətdə «Ərini qəzəbləndirərsə, onun yanına gələr, əlini ərinin ovucuna qoyaraq deyər: — Vallahi, sən məndən razı qalmadıqca yemək yemərəm!..» (Nəsai "Sunənul-Kubra” 5/9139.)

11. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: «Üç nəfər var ki, onların namazı qəbul olunmaz: ağasından qaçan qul, əri ona qəzəbli halda gecələyən qadın və insanların istəmədiyi halda onlara imam duran imam…» (Tirmizi 360, əl-Albani "həsən” demişdir.)


12. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: «Əgər qadın ərinə bu dünyada əziyət verərsə onun (Cənnətdəki) hurilərdən olan zövcəsi həmin qadına xitab edərək deyər: — Allah səni öldürsün, ona əziyyət vermə! O sənin yanında müvəqqətidir, bizim yanımıza gəlməsinə az qalıbdır…» (Tirmizi 1174, əl-Albani "səhih” demişdir.)

13. Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) ən xeyirli qadın haqqında soruşulduqda belə cavab verir: «O qadın ki əri ona əmr etdikdə ona itaət edər, əri ona baxdıqda onu sevindirər, onun namusunu və malını qoruyar…» (Nəsai 3231, əl-Albani «həsən” demişdir.)
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.