Xeyirli qadınlar

24 Şubat 2015
2 706
0
Xeyirli qadınlar
Xeyirli qadınlar

Allah Rasulu (salləllahu aleyhi və səlləm) buyurur :
➫ «..Əgər kiməsə Allahdan başqasına səcdə etməyi əmr etsəydim, qadına əmr edərdim ki, ərinə səcdə etsin. Qadının əri onu miniyin üzərində belə tələb etsə və o da özünü təslim etsə, yenə də ərinin haqqını verə bilməz..»
➫ «..Qadın ərinin haqqını vermədikcə imanın şirinliyini tapmaz..»
➫ «..Qadın ərinin haqqını vermədikcə, Allahın haqqını vermiş sayılmaz..»
➫ «..Bəşərin bəşərə səcdə etməsi caiz olsaydı, ərin haqqının böyüklüyünə görə qadına əmr edərdim ki, ərinə səcdə etsin..»
➫ «..Əgər qadın ərinin haqqını bilsəydi, əri yemək yeyib qurtarana qədər ayaq üstə onun xidmətində durardı..»
➫ «..Qadın beş vaxt namazını qılarsa, Ramazan orucunu tutarsa, özünü haramdan qoruyarsa və ərinə itaət edərsə, Qiyamət günü ona - Cənnətin hansı qapısından istəyirsənsə, ora daxil ol - deyilər..»
➫ «..Qiyamət günü ən çox əzab olunan insanlar iki sinifdir : ərinə asi olan qadın və insanların istəmədiyi halda onlara imamlıq edən imam..»
➫ «..Ərinə ehtiyacı olduğu halda ona təşəkkür etməyən qadının Allah üzünə baxmaz..»
➫ «..Cəhənnəm əhlinin çoxunun qadınlar olduğunu gördüm - Soruşurlar :
- Niyə görə ey Allahın Rasulu..?
- Küfr etdiklərinə görə - deyə cavab verir.
- Allaha küfr etdiklərinə görəmi..? - soruşulduqda, Rasulullah (salləllahu aleyhi və səlləm) dedi :
- Yaşayışa küfr edirlər, yaxşılığa küfr edirlər. Onlardan birinə ömrü boyu yaxşılıq etsən, sonra səndən bir şey görərsə, deyər ki :
- Səndən heç bir yaxşılıq görmədim..»
➫ «..Sizin qadınlarınız Cənnət əhlidir. O qadınlarki ərini sevər, ondan çoxlu övlad dünyaya gətirər, və ərinə əziyyət verəndə tez onunla barışar..»
Başqa bir rəvayətdə :
➫ «..Ərini qəzəbləndirərsə, onun yanına gələr, əlini ərinin ovcuna qoyaraq deyər - Vallahi sən məndən razı qalmadıqca yemək yemərəm..»
➫ «..Üç nəfər var ki, onların namazı qəbul olunmaz, ağasından qaçan qul, əri ona qəzəbli halda gecələyən qadın və insanların istəmədiyi halda onlara imam duran imam..»
➫ «..Əgər qadın ərinə bu dünyada əziyyət verərsə onun (Cənnətdəki) hurilərdən olan zövcəsi həmin qadına xitab edərək deyər :
- Allah səni öldürsün, ona əziyyət vermə..! O sənin yanında müvəqqətidir, bizim yanımıza gəlməsinə az qalıbdır..»
➫ Rasulullahdan (salləllahu aleyhi və səlləm) ən xeyirli qadın haqqında soruşulduqda belə cavab verir :
«..O qadın ki əri ona əmr etdikdə ona itaət edər, əri ona baxdıqda onu sevindirər, onun namusunu və malını qoruyar..»
____________________________________
❖ - [ Təbərani 5/5116. əl-Albani "səhih" deyib ]
❖ - [ Hakim (4/7325) rəvayət edib və"səhih" deyib ]
❖ - [ Təbərıani 5/5084, əl-Albani "səhih" deyib ]
❖ - [ Əhməd 3/158, əl-Albani "səhih" deyib ]
❖ - [ Təbərani 20/333 ]
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.