Namaza tələsin!

24 Şubat 2015
1 415
0
Namaza tələsin!
Namaza tələsin!

Yolda çoxdan görmədiyim bir dostumla qarşılaşdım. Cümə günü olduğundan məscidə birlikdə
getməyimizi təklif etdim. O isə etiraz edərək dedi: "Mən hara, məscid hara? Heç məscidə
getdiyimi görmüsən?". Çox təəccüb etdim, inana bilməyib bir daha soruşdum: "Ciddi
sözündür, hələ bu vaxta qədər məscidə getməmisən?". Dedi: "Uşaq yaşımda bir dəfə
aparıblar, ondan sonra getməmişəm". Qəlbini qırmaq istəməyib dedim: "İnşaallah, bir gün
gedərsən". Görüşümüzdən bir müddət keçdi, günlərin biri məscidə daxil olduğum zaman onu
da orada gördüm, namazda hamıdan ön cərgədə idi. İstədim bir vaxtlar dediyi sözü - "Mən
hara, məscid hara? Heç məscidə getdiyimi görmüsən?" yadına salam, amma artıq bunun
faydası yox idi, çünki cavab verə bilməyəcəkdi. O, tabutun içində idi, hamı onun namazını qılırdı...
Namazı əmr edən Haqqdır, Səcdəgahımız Allahdır! Qıl Namazı savab çoxdur, qılmamağa üzr yoxdur!!!

Ömrü boyu həyatını namazlarını gec qılmaqla keçirmişdi. Həmişə vəfat etmiş nənəsinin "Oğlum, bu vaxtda da namaz qılınar?" sözü yadında idi. Amma nə fayda? Nənəsi vəfat etməzdən əvvəl də, sonra da heç dəyişməmişdi. Yenə də namazlarını gec qılırdı.
Bu gün də həmişəki kimi, işdən gəlmişdi. Saata baxdı. Məğrib namazının vaxtının çıxmasına 15 dəqiqə qalmışdı.Dəstəmaz alıb namazını qıldı. Çox yorğun idi. Divana uzandı. Yuxuya getdi...
Yuxudan yatdığı yerdə deyil, başqa yerdə oyandı. Oyandığı xeyli insan toplanmışdı. İnsanlar nəyisə gözləyirdilər. Nə olduğunu başa düşə bilmirdi. Kimsə siyahıdan insan adları oxumağa başladı. Adı çəkilənlər sırasında onun da adı var idi. Adı çəkilən kimi iki nəfər ona yaxınlaşdı və onu sürüyə-sürüyə harasa aparmağa başladılar. Onu aparanlarda zərrə qədər də olsa, mərhəmət hissi yox idi. Onların cəhənnəm mələkləri olduqlarını anladı. Onu cəhənnəmə apardıqlarını başa düşdü və ağlaya-ağlaya qışqırmağa başladı:
Bəs mənim namazlarım? Axı mən həmişə namazlarımı qılırdım? Allahım, bağışla məni? Ya Rəbbim əfv et məni. Bəs, mənim namazlarım nə olacaq?
Onu aparan mələklər onu alov yanına gətirdilər və onu alovun içinə atdılar. Yenə də eyni sözləri təkrar edə-edə alova doğru yuvarlanırdı:
Bəs mənim namazlarım?
Getdikcə alova daha da yaxınlaşırdı. Alova düşəcəyi anda ona doğru bir əl uzandı və onu alovdan qurtardı.Onu xilas edənin üzünə baxdı. Bu bir qoca idi. Ondan kim olduğunu soruşd və Qoca belə dedi:
Mən sənin namazlarınam. Necə ki, sən məni həmişə gec qılardın, gecikdirərdin, mən də səni xilas etmək üçün gecikdim.
Elə bu anda azan səsi onu yuxudan oyatdı. İşa namazının azanı oxunurdu. Ayağa qalxdı. Cəld qaça-qaça dəstəmaz almağa getdi. Dəstəmaz alıb namazını qıldı. Əllərini açıb tövbə etdi. Allahdan onu əfv etməsini istədi və bu hadisədən sonra bir daha namazını gecikdirmədi.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.