Cəmiyyətdə kimisə bəyənməmək və möminlərin "Allah rizası üçün büğz etməsi" bir-birindən fərqli şeylərdir

11 Mart 2015
1 542
0
Cəmiyyətdə kimisə bəyənməmək və möminlərin "Allah rizası üçün büğz etməsi" bir-birindən fərqli şeylərdir
Cəmiyyətdə kimisə bəyənməmək və möminlərin "Allah rizası üçün büğz etməsi" bir-birindən fərqli şeylərdir


Cahil cəmiyyətdə insanlar bir çox səbəbdən bir-birlərini bəyənməzlər.
Bəzən bir insanın üzü, ağzı, burnu, səsi, gülüşü, aksenti, boyunun qısalığı, ya da uzunluğu, saç düzümü, rəngi, bədən forması, çəkisi, bəzən yaşadığı yer, gördüyü iş, bəzən maşını, evi, bəzən mimikası, danışıq tərzi, qısası, hər şey buna səbəb ola bilər. Ancaq bu insanların sadaladığımız xüsusiyyətlərində problem olması vacib deyil. Bəzən məhz qüsursuz və mükəmməl olduğu, bəzən özündən daha yaxşı olduğu, bəzən özünə rəqib gördüyü, bəzən də öz mədəniyyəti, zövqü, ya da vərdişləri ilə üst-üstə düşmədiyi üçün o insanı bəyənmirlər.

Hətta bəzən bu insana qarşı bəslədikləri nifrət və narahatlığın heç bir səbəbi olmaya da bilər. Özləri də ifadə etdikləri kimi "Səbəbini bilmirəm, amma bu insandan heç xoşum gəlmir" deyərək, düşüncələrini dilə gətirirlər. Səbəbi olsa da, olmasa da, bir insana qarşı olan və öz sözləri ilə "xoşum gəlmir" deyə ifadə etdikləri bu rəftarlarının yeganə səbəbi "şeytanın tələsinə düşmələri"dir.


Bəzən şeytan eyni təlqinləri möminlərə də verməyə çalışır. Möminin sevgisi Qurana əsaslanır. Quran əxlaqından başqa bir insanı sevmək üçün fiziki quruluşunun, işinin, evinin, yaşadığı yerin, aksentinin və buna bənzər xüsusiyyətlərinin heç bir əhəmiyyəti yoxdur. Əhəmiyyətli olan ruhunun və imanının olması, Quran əxlaqını yaşamasıdır. Bu insan səhvləri, qüsurları, çatışmazlıqları olsa belə, mömin olduğu üçün sevilir. Xətaları və qüsurları da özünə göstərilərək düzəldilməyə çalışılır.

Ancaq möminlərin də bir-birlərinin səhvlərindən, çatışmazlıqlarından narahat olmaları mümkündür. Bəzən insanın səhv bir hərəkəti ətrafa maddi-mənəvi zərər verə bilər. Ya da bir nəfərin hər hansısa mövzuda Quran əxlaqını tam olaraq yaşamaması o insana qarşı olan güvənə, yaxınlığa mənfi təsir edə bilər. Ancaq mömin sevgisində olduğu kimi, narahatçılığında da sadəcə Qurana əsaslanar. Mömin Qurana uyğun əxlaq göstərilmədiyi, cahiliyyə əxlaqına bənzər əxlaq göstərildiyi zaman narahat olar. Yoxsa bir insanın gülüşü, boyunun uzunluğu, ya da mədəni səviyyəsi kimi mövzulara görə narahat olmaz.


İman gətirən bir insanın başqa möminə qarşı hiss etdiyi və Qurana uyğun olan bu hissin adı büğzdur. Qarşısındakı insanın Qurana uyğun olmayan bir hərəkətinə (düzəltmədiyi müddət ərzində) büğz edə bilər. Büğz etdiyi müddət ərzində yenə də ona şəfqətlə doğrunu göstərmək, dəstək olmaq, onun çatışmazlığını düzəltmək üçün sevərək əlindən gələni edər. Bundan başqa, büğz etdiyi insan mömin olduğu üçün bu insana olan sevgisi də azalmaz. Çünki dünyada səhv etməyən heç bir insan yoxdur. Allah adətullahına əsasən bu əskikliyi bütün insanlarda yaratmışdır. Allah səhvləri insanların acizliklərini görüb Allaha sığınmaları, tövbə etmələri, daha yaxşı olmaq üçün cəhd etmələri, insanların bir-birlərinə yaxşılığı əmr edib, pislikdən çəkindirmələri, bir-birlərinə təbliğ edib nəsihət vermələri üçün yaratmışdır. Buna görə də, möminlər bir-birlərindən qüsursuz olmağı tələb etməzlər. Səhv gördükləri zaman bir-birlərinə bunu düzəltməyi məsləhət edərlər.

Burada möminlər şeytanın tələsinə düşərək cahillərin "xoşum gəlmir" deyə göstərdikləri əxlaq çatışmazlığı ilə, möminlərin "büğz etmək" əxlaqını bir-birlərinə qarışdırmamalıdırlar. Çünki bəzən insanın nəfsi, Quran əxlaqını yaşamayan insanlarda olduğu kimi, səbəbsiz yerə bir insandan narahat olmaq üçün möminləri də təşviq edə bilər. Ya da Qurana əsaslanan səbəb olmadığı halda, bir möminin haqlı, səmimi və təbii davranışlarına qarşı da narahatçılıq hissi duyula bilər. Mömin bu təlqin qarşısında Allahdan qorxmalı, şeytandan Allaha sığınmalı, mömin qardaşına şəfqət və mərhəmətlə yanaşaraq, şeytanın tələsinə düşməməlidir. Şeytanın möminlərin arasını vurmağa çalışdığını Allah Quranda xəbər vermişdir (İsra surəsi, 53). Mömin bu tələyə qarşı həmin mömin qardaşının gözəl cəhətlərini, imandakı qərarlılığını, əxlaqındakı gözəl incəlikləri, Allahın rizasını qazanmaq üçün nə qədər səmimi cəhd etdiyi kimi xüsusiyyətləri düşünərək, ona olan sevgisini yeniləməlidir. Buna niyyət etdiyi və cəhd etdiyi anda, Allahın izni ilə, Allah şeytanın tələsini pozacaq, mömin qardaşına daha dərin bir sevgi ilə bağlanacaqdır. Allah Quranda bu adətullahının mütləq gözəl nəticə verəcəyini bu cür xəbər vermişdir:


Allaha tərəf çağıran, yaxşı iş görən və: "Həqiqətən, mən müsəlmanlardanam!"– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər? Yaxşılıqla pislik eyni ola bilməz. Sən (pisliyi) yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar. Bu isə ancaq səbir edənlərə verilir və ancaq böyük qismət sahiblərinə nə­­sib olur. Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Çünki O, Eşidəndir, Biləndir. (Fussilət surəsi, 33-36)


R.T.Zemichka
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.