Xəyanət haqqında hədislər

04 Nisan 2015
9 472
0
Xəyanət haqqında hədislər
Xəyanət haqqında hədislər

http://s019.radikal.ru/i629/1203/2d/0fad768cd1dd.gif

662. Xəyanət
2017. Allahın Peyğəmbəri (s):«Sənə xəyanət edənə xəyanət etmə ki, sən də onun kimi olarsan.» (Biharul-Ənvar, c.103, səh.175, hədis 3)
2018. Allahın Peyğəmbəri (s):«Əmanətə xəyanət edən bizdən deyil.» (Biharul-Ənvar, c.75, səh.172, hədis14 )
2019. İmam Əli (ə):«Xəyanət ikiüzlülüyün mənşəyidir.» (Ğurərul-Hikəm, hədis 969)
2020. İmam Sadiq (ə) :«Mömin, xəyanət və yalandan başqa, hər xasiyyəti götürə bilər.» (əl-İxtisas, səh.231)
2021. Müaviyyə ibn Əmmar:«İmam Sadiqə (ə) ərz etdim:«Mən bir nəfərə müəyyən məbləğ pulu əmanət verirəm, o isə, ona bir şey tapşırdığımı inkar edir. Bir müddət sonra o mənə mal tapşırır. Belə olan halda mən ona tapşırdığım (və mənə vermədiyi) pulun əvəzində bu malı özümə götürə bilərəmmi?» Buyurdu:«Xeyr. Bu xəyanətdir.» (Nurus-Sədəleyn. c.2, səh.144 , hədis68)
2022. Əbu Səmamə:«İmam Baqirin (ə) xidmətinə gəlib ərz etdim:Sənə qurban olum, mən Məkkənin yaxınlığına köçmək istəyirəm və mürciə (Mür – İslam dinindən dönən və kafir hökmündə olan bir məzhəbdir ) borcluyam, nə buyurursan?» Buyurdu:«Öz borcunu qaytar. Ehtiyatlı ol ki, boynunda borc qalmadan Rəbbinin görüşünə gedəsən. Çünki mömin xəyanət etməz.» (İləluş-Şəraye, səh.528, hədis 7)

663. Xain və xəyanətin mənası
2023. Allahın Peyğəmbəri (s):«Din qardaşının sirrini ifşa etmək xəyanətdir. Buna görə bu işdən uzaqlaş.» (Biharul-Ənvar, c.77, səh.89, hədis 3)
2024. Allahın Peyğəmbəri (s):«Xəyanətkarın dörd nişanəsi var: rəhman olan Allaha itaətsizlik etmək: qonşularına əziyyət vermək, hamıya nifrət etmək, özbaşına və asi adamlara qoşulmaq.» (Tuhəful-Uqul, səh.22)
2025. İmam Əli (ə):«Xəyanətkar, özünü Allahdan qeyrisi ilə məşğul edən və bugünü dünənindən pis olandır.» (Ğurərul-Hikəm, hədis 2013)
2026. İmam Sadiq (ə):«Bizim dostların hər birindən onun din qardaşı hər hansı bir çətinliyi ilə əlaqədar kömək istəsə və o da ona kömək etmək üçün var qüvvəsi ilə çalışmasa, Allaha, peyğəmbərə və möminlərə xəyanət etmişdir.» (Biharul-Ənvar, c.75, səh.175, hədis 7)
2027. İmam Cavad (ə):«İnsanın xəyanətkarlığına, xainlərin əmanətini saxlaması kifayət edər.» (Biharul-Ənvar, c.78, səh.364, hədis 4)


664. Xəyanətin zirvəsi
2028. İmam Əli (ə):«Səmimi dosta xəyanət etmək və əhd-peymanları pozmaq xəyanətin zirvəsidir.» (Ğurərul-Hikəm, hədis 6374)
2029. İmam Əli (ə):«Ən pis xəyanətlərdən biri, tapşırılan şeylərə xəyanət etməkdir.» (Ğurərul-Hikəm, hədis 9310)
2030. İmam Əli (ə):«Ən böyük xəyanət xalqın xəyanəti və ən pis hoqqabazlıq rəhbərlərin hoqqabazlığıdır.» (Nəhcül-Bəlağə, məktub 26)

http://s019.radikal.ru/i629/1203/2d/0fad768cd1dd.gif
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.