Gülərüzlülük haqqında hədislər

05 Nisan 2015
2 929
0
Gülərüzlülük haqqında hədislər
Gülərüzlülük haqqında hədislər

Gülərüzlülük

Allahın Peyğəmbəri (s): «Gülərüzlülük kini təmizləyir.» (əl-Kafi, c.2, səh.103, hədis 6)

Allahın Peyğəmbəri (s): «Qardaşınla gülərüz görüş.» (əl-Kafi, c.2, səh.103, hədis3)

Allahın Peyğəmbəri (s): «Siz heç vaxt insanların hamısına öz malınızla fayda verə bilməzsiniz. Buna görə də onlarla (heç olmasa) açıq və gülər üzlə görüşün.» (əl-Kafi, c.2, səh.103, hədis1)

İmam Əli (ə): «Gülərüzlülük dostluq kəməndidir.» (Biharul-Ənvar, c.69, səh.409, hədis 12)
İmam Əli (ə): «Gülərüzlülük azad insanın xislətidir.» (Ğurərul-Hikəm, hədis 6560)

İmam Əli (ə): «Gülərüzlülük məhəbbət kəndiridir.» (Ğurərul-Hikəm, hədis 5546)

İmam Əli (ə): «Möminin sevinci üzündə, qüdrəti dinində, kədəri qəlbindədir.» (Ğurərul-Hikəm, hədis 3454)

İmam Əli (ə): «Gülərüzlülüyün sənin alicənablığın və nəfsinin kəramətinin nişanəsidir.» (Ğurərul-Hikəm, hədis 4453)

İmam Əli (ə): «Qardaşlarınızla görüşən zaman bir-birinizə əl verin, onlara gülərüzlülük və
təbəssüm göstərin ki, ayrılarkən günahlarınız tökülsün.» (Biharul-Ənvar, c.76, səh.20, hədis 3)

İmam Əli (ə): «İnsanların, dostlarının ürəklərini ələ almaları və düşmənlərinin qəlbindən kinləri təmizləmək üçün ən yaxşı vasitə onlarla qarşılaşanda gülərüzlü olmaları, yanlarında olmayanda halları ilə maraqlanmaları və yanlarında olanda təbəssüm etmələridir.» (Biharul-Ənvar, c.78, səh.57, hədis 124)

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.