Kafir ruhların işgəncəylə çıxarılması.
“Biharül-ənvar” kitabının 3-cü cildində şərif bir hədisdə buyurulur: “Bir gün Xatəmül-Ənbiya (səlləllahu əleyhi və alihi və səlləm) əziz əmioğlusu Əliyyibni Əbi Talib (əleyhissalam)-ı görməyə getdi. İmamın o qədər şiddətli göz ağrısı var idi ki, nalə çəkirdi. Allahın Rəsulu dağca səbri olan Əli (əleyhissalam)-a elə qorxunc, vəhşətli bir xəbər verdi ki, İmam göz ağrısını unutdu.
Buyurdu: “Ya Əli! Cəbrail xəbər verdi ki, kafirlərin ruhu alınarkən bir neçə əzab məlaikəsi gələr və taziyanələrlə, qızmış şişlərlə canını çıxararlar.” Əmirəl-mö᾽minin ərz etdi: “Ya Rəsuləllah! Sizin də ümmətinizdən belə can verənlər olacaqmı”? Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: “Bəli, müsəlmanlardan üç tayfa bu sayaq can verərlər: zalım hakimlər, yetim malını yeyənlər və nahaq yerə şahidlik verənlər (yə”ni, həqiqətin ziddinə şahidlik edənlər).”
Ümumiyyətlə, olacaqlar özümüzdəndir. Hər kəs etdiklərini görər. Asan və çətin can vermək, əməllərimizin nəticəsidir. Pənah Allaha, bə᾽zən mümkündür pis əməllərə görə insan dünyadan imansız getsin (30-cu surə, 10-cu ayə).

Edit By:More..