Dözdüm

14 Mart 2015
1 769
0
Dözdüm
Dözdüm





Müəllif:Xəlil Adıgözəl

"DÖZDÜM"

Həyat calaq edib ömrümə dərdi,
Qəlbimdə cücərən sevgimi dərdi,
Hər gələn sabaha min ümid verdi,
Qəfil ayrılıqla sınadı...Dözdüm!


Dözdüm

Dünya ədalətsiz,balaca və dar,
Hansı üz istəsən bu dünyada var,
Həyatdan soruşdum kimdir günahkar...

Özümü haqqsızca qınadı...Dözdüm!

Dözdüm

Gedən gedib artıq,inanma dönə,
Qəlbimi dindirmə,o çətin dinə,
Kim ki,ayrılıqdan bəhs etdi mənə,

Köhnə yaralarım qanadı...Dözdüm!


Dözdüm

Sevgi dəryasını sonadək üzdüm,
Sevən ürəyimi eşq üçün əzdim,
Dünyanı bu qədər zalım bilməzdim,

Dərdləri üzümə sanadı...Dözdüm!


Dözdüm

Ay Xəlil,dərdini yaz görə-görə,
Yaşadım yüz cürə üz görə-görə,
İtirdim sevgimi göz görə-görə,

Bilirdim hər şeyin sonudu...Dözdüm!


Dözdüm

SON

Dözdüm
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.