Pulun satın ala bilməyəcəyi 9 gözəl şey

21 Mart 2015
1 441
0
Pulun satın ala bilməyəcəyi 9 gözəl şey
Pulun satın ala bilməyəcəyi 9 gözəl şey

Əgər istədiyiniz şeyləri (yoldaşlarınla gəzmək, tətilə çıxmaq) pulunuz çatmadığı üçün edə bilmirsinizsə kədərlənməniz çox təbiidir, amma əlinizdəkilər üçün də şükr etmək və xoşbəxt olmaq həyatınızı gözəlləşdirər, inanın. Xoşbəxt olmaq üçün çox pula ehtiyac yoxdur:

Sağlamlığın varsa xoşbəxtsən...
Sağlam olmaq üçün müalicə və həkim xərclərini qarşılaya bilmək də əhəmiyyətlidir, amma sağlam olmaq sizə təbii olaraq gələn bir lütfdür. Bir çox insan sağlamlığını itirmədən bunun dəyərini təəssüf ki, anlaya bilmir. Siz, onlardan olmayın və sağlam oyandığınız hər gün üçün şükr edin.
Səviyyəlisənsə xoşbəxtsən...
İndiki vaxtda bir çox sonradan görən, zəngin və səviyyəsiz adamlar var. Belə bir dövrdə səviyyəninizi qorumaq, tərbiyəli, mədəni olmaq həqiqətən də böyük bir amacdır.

Qabiliyyətlisənsə xoşbəxtsən...
Hər kəsin mütləq özünə xas bir qabiliyyəti vardır. Qabiliyyət pul gətirə bilər, amma pulla alına bilməz. Öz qabiliyyətlərinizin fərqinə varın və buna sahib olduğunuz üçün şükr edin.
Məmnunsansa xoşbəxtsən...
Pulun ala bilməyəcəyi bir başqa şey məmnunluq duyğusudur. Gördüyünüz işdən, etdiyiniz əməldən məmnun olmaq həqiqətən də böyük bir şansdır.
Eşq...
Eşq, bir insanın yaşaya biləcəyi ən güclü, qorxuducu və gözəl hissdir. Heç bir pul bu hissi qarşılaya bilməz. Gerçək eşqə sahib olmaq bir şansdır.

Zaman...
Zaman puldan daha çox qiymətlidir. Birinə təklif edə biləcəyiniz ən yaxşı şey zamanınızdır və ehtiyacı olan biriylə vaxtınızı paylaşmanız çox qiymətlidir.
Günəşin doğmasını və batmasını izləmək...
Təbiətin bu möcüzəsini hər gün yenidən görə bilmək belə nə qədər şanslı olduğunuz göstərir. Bir çox adam artıq bu gözəl mənzərəni görə bilmir...
Gülmək...
Yoldaşınızla, sevgilinizlə, ailənizlə olarkən gülə bilmək, qəhqəhə çəkə bilmək puldan çox daha qiymətli və əhəmiyyətlidir. Gülmək özünüzü yaxşı hiss etmənizi təminatçısıdır və əhvalınızı yüksəldərək sizi xoşbəxt edər.
Həyatın dadını çıxarmağı bacarın!
Pul sizin üçün bir məqsəd deyil, bəzi durumlar üçün yalnız bir vasitə olsun!

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.