Saqqızın bilinməyən faydaları...

24 Mart 2015
1 999
0
Saqqızın bilinməyən faydaları...
Saqqızın bilinməyən faydaları...

Çoxumuzun hər gün ən az 1 dənə çeynədiyi saqqızın nə faydaları var bir bilsəniz! Saqqızın insan həyatına olan faydalarını təqdim edirik.

Çəki idarəsinə köməkçi olur: Saqqız praktik, ucuz və aşağı kalorilidir. Şəkərli bir saqqız təxminən 5 -10 kaloridir. Saqqız, qeyri-sabit yeməklərin qarşısını almaq və kalori alışını azaltmaq üçün möcüzə bir yoldur ...

İştahı azaldır: Saqqız çeynəmək iştah idarəsini təmin etməyə köməkçi olur. Appetite jurnalında 2007-ci ildə dərc edilmiş bir araşdırma göstərir ki, günortadan sonra edilən qəlyanaltı əvvəli saqqız çeynəmək, aclığı və kalori alışını azaltmağa köməkçi olur.

Aparılan bir araşdırmada axşamçağı ara yeməyindən əvvəlki üç saatlıq bir zaman dilimində bir saat aralıqlarla 15 dəqiqə saqqız çeynəyən yetişkinlər, saqqız çeynəməyənlərə görə ara yeməklərdə 36 kalori daha az yedikləri müşahidə olunub...

Qəlyanaltı olaraq seçimedilə bilər: Saqqız çeynəmək aşağı kalorili olduğu kimi, yüksək kalorili qəlyanaltılar yerinə də keçə bilər. Xüsusilə, 140 kalorilik 1 və ya 2 parça şokoladlı peçenye yerinə 2 parça 20 kalorilik saqqız çeynəyərək, 120 kalori qazanc təmin edə bilərsiniz.

Kalori yandırar: "Mayo Clinic Ekspertləri" apardıqları bir təcrübədə, saqqız çeynəmənin saatda 11 kalori tərkibini təmin etdiyini hesablayıblar.

Beynə gedən qanı artırır: Bir çox idmançı və məşqçiləri oyun əsnasında sakit qala bilmək və gərginliyi azaltmaq üçün saqqız çeynəməyi seçməkdədirlər. Eyni zamanda bəzi müəllimlər də məktəblərdə saqqız çeynəmə qaydasının dəyişdirilməsini və uşaqların imtahan əsnasında saqqız çiynəməsinin onların oyanıqlığını və konsentrasiyasını daha yaxşı təmin edəcəyini müdafiə edirlər. Son edilən araşdırmalarsa saqqız çeynəmənin, damarlardan beynə gedən qan axınını 25% nisbətində artırdığını göstərir. Appetite jurnalında 2012-ci ildə dərc edilmiş bir başqa araşdırma göstərir ki, saqqız çeynəmək fərdlərin öyrənmə, yadda tutma və məlumatlanma qabiliyyətini də artırır.

Ağız və diş sağlamlığını dəstəkləyir: Saqqız çeynəmənin, nəfəsimizi fərah tutmağa köməkçi olduğu hər kəs tərəfindən bilinməkdədir. Bunun yanında bədəndəki ən güclü müdafiə mexanizmi olan tüpürcək ifrazatını da artırır. Bu səbəblə gün içində saqqız çeynəmək yaxşı bir seçim olacaq. Şəkərsiz saqqız, diş düyünlərinin və çürüklərin meydana gəlməsini önləyər, diş minasına mineral pozuqluqlarını düzəldir, diş ləkələrinin əmələ gəlməsinin qarşısını alır, olanları azaldır.


Stress daha çox yemək yemənizə mi səbəb olur? Saqqız çeynəyərək stressinizi azaltmaq və atıştırmalardan uzaq dayanmağı təcrübə edə bilərsiniz ...

Yemək bişirərkən saqqız çeynəmək də hazırlıq mərhələsində dadına baxma bəhanəsiylə yeməklərdən atıştırmanızı maneə törədəcək.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.