Çay çox içənlərin nəzərinə.
ABŞ-dakı Framinqham Dövlət Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri bu nəticəyə gəliblər ki, gündə üç-dörd fincan təzə tünd çay 2-ci tip diabet xəstəliyinin yaranma ehtimalını azalda bilər.
Alimlər diabet xəstələrinin çaya olan meylini analiz edərək müəyyənləşdiriblər ki, praktiki olaraq, onların heç biri qara çay içmir.
Məlum olub ki, çayın tərkibində şəkərin qanda miqdarının kəskin şəkildə artmasının qarşısını alan polifenollar vardır.
Alimlər həmçinin hesab edirlər ki, qara çay məhz 2-ci tip şəkərli diabet xəstələrində müəyyən vaxt üçün şəkərin miqdarını sabitləşdirə bilər.
Edit By:More..