Uşağın ağlamağının faydaları

05 Nisan 2015
1 174
0
Uşağın ağlamağının faydaları
Uşağın ağlamağının faydaları


Uşağın ağlamağının faydaları

Ey Müfəzzəl! Uşağın ağlamağının faydalarından da agah ol. Bil ki, uşağın beynində bir rütubət vardır ki, əgər orda qalsa, zərərli xəstəliklər əmələ gətirər. Məsələn korluq kimi. Ağlamaq həmin rütubəti beyndən xaric edir. Bu yolla uşaq sağlam olur və korluğun qarşısını alır. Ata və ana bu sirrdən xəbərsizdilər. Ona görə də uşağın ağlamağına mane olurlar. Onlar həmişə hər cür çətinliklə çalışırlar ki, onu sakit etsinlər. Onun ağlamağının qarşısını almaq üçün hər şey hazırlayırlar. Ancaq bilmirlər ki, ağlamaq onun xeyrinədir. Bu yolla çox şeylər yaranışda gizlənmişdir ki, insanlar bundan qafildirlər. Əgər bu mənfəətlərdən xəbərdar olsaydılar, heç vaxt deməzdilər ki, filan şey əbəs yerə yaradılıb. Çox şeylər vardır ki, bəşər az elmi ilə ondan xəbərsiz, amma Allah-Taalasonsuz elmi ilə ondan xəbərdardır.
Amma uşağın ağzından gələn su əgər onun bədənində qalsa, onda xoşagəlməz bir əsər qoyar. Əgər bədənin rütubəti bədəndə olan digər ünsürlərə qələbə etsə, insan dəliliyə, iflicə, axmaqlığa düçar olar. Allah bu cür məsləhət görmüşdür ki, bu rütubət uşaqlıq dövründə ondan xaric olsun. Bu yolla Allah-Taalasavadsızlığına görə yaranmışların boynuna minnət qoymuş və onlara lütf etmişdir. Əgər onlar saysız-hesabsız ne`mətlərdən xəbərdar olsaydılar, heç vaxt günah etməzdilər. Pak və münəzzəhdir o Allah ki, onun müstəhəqlərə və məxluqata olan ne`mətləri böyükdür! Və O, batil şəxslərin fikirləşdiyindən daha üstündür.

Bədən üzvlərinin faydaları

Ey Müfəzzəl! Insanın bədən üzvləri və onlarda gizlənmiş tədbirlər haqqında fikirləş. əllər işləmək, ayaqlar yol getmək, qara ciyər öd ifraz etmək, və ciniyyət üzvləri insanın nəslini qorumaq üçün yaradılmışdır. Əgər bu üzvlərin işi haqda dərindən fikirləşsən, hər bir üzvün hikmət və tədbirlə yaradıdığını dərk edərsən.

Təbiət əhlinin fikirlərinə cavab

Müfəzzəl deyir: dedim ağa! Bə`ziləri elə fikirləşirlər ki, kainatı tə`biət yaradıb. İmam (ə) buyurdu: Onlardan soru bu təbiət elm və qüdrətə sahibdir ya yox? Əgər desələr bəli, bəs niyə xaliqi isbat etməkdən boyun qaçırırlar? Bu da onun işi və tədbiri. Yox əgər desələr ki, elm və qüdrətsiz bu hikmətli və tədbirli işləri əncam verib, onda mə`lum olar ki, bu iş hakim olan Allahdandır. Əslində onların təbiət dedikləri həmin Allahdır ki, adını təbiət qoyublar.


Edit By:More..
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.