Elm öyrənərkən 2ci hissə

10 Nisan 2015
1 341
0
Elm öyrənərkən 2ci hissə
Elm öyrənərkən 2ci hissə

Elm öyrənərkən 2ci hissə Elm öyrədərkən tələbələrə minnət etməmək. İstər insanların yemək-içməyi, geyimi, istərsə də elm və mədəniyyətlərinə xidmət edərkən, hansı yolla olursa olsun, edilən yaxşılıqların heç birinə işarə dərəcəsində də olsa, minnət qoymaq doğru deyildir.

«Ey iman gətirənlər! Sədəqələrinizi malını riyakarlıqla (özünü xalqa göstərmək üçün) sərf edən, Allaha və axirət gününə inanmayan şəxs kimi, minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın. Belə şəxslərin halı, üzərində bir az torpaq olan qayaya bənzər ki, şiddətli bir yağış o torpağı (yuyub) aparar və qayanı çılpaq bir daş halına salar. Onlar qazandıqlarından bir şeyə qadir (nail) olmazlar. Şübhəsiz ki, Allah kafirləri haqq yoluna yönəltməz!» (əl-Bəqərə surəsi, 264)

Elm öyrətmək də sədəqədir. Elmin də mal kimi üsyanı vardır. Mal sahibi malı artdıqca təkəbbür göstərdiyi, malından xərclədikcə lovğalanıb ətrafa yaydığı kimi, elmə malik olub, onu digərlərinə öyrədən kəs də bu əməli ilə üsyan edib, əməlini zay edə bilər.

Kəb ibn Malik (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) belə buyurduğunu rəvayət edir: «Elm adamlarına qarşı mübarizə aparmaq (elmilə öyünmək) və ya səfeh kimsələrlə mücadilə etmək ya da xalqın diqqətini özünə cəlb etmək üçün elm öyrənən kimsəni Allah Təala cəhənnəmə atacaqdır». (ət-Tirmizi 2792)

Bir kəsə yaxşılıq etdikdən sonra minnət edib, üzünə vuran kəs, qazandığı savabı itirməklə yanaşı, günah etmiş olur. Çünki müsəlmanı istər əməllə, istərsə də dillə incitmək günahdır. Kömək göstərib yaxşılıq edilən insan rişxəndli eyhamları, ətrafa car çəkilən elanları görərkən, özünü narahat hiss edər və qəlbi sınar. Beləliklə yaxşılıq edən insanın öyrətdiyi elm, verdiyi pul, ehsan etdiyi yemək onun üçün zəhərə çevrilər.

5. Təvazökar olmaq və təkəbbürlükdən uzaq olmaq.

Uca Allah buyurur: «Rəhmanın qulları o kəslərdir ki, yer üzündə təvazökarlıqla gəzdikləri zaman, cahillərin müraciətinə: “Salam!” – deyərlər». (əl-Furqan surəsi, 63)

Başqa bir ayədə Uca Allah buyurur: «İnsanlardan təkəbbürlə üz çevirmə, yer üzündə özünü darta-darta gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, özünü öyəni sevmir». (Loğman surəsi, 18)

Əbu Hureyra (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın ona salavat və salamı olsun)belə buyurduğunu rəvayət etmişdir: «Sədəqə maldan heç bir şey əksiltməz. Əfv səbəbi ilə Allah bir qulun ancaq şərəfini artırar. Allah üçün təvazökarlıq göstərəni, Allah yüksəldər». (Loğman surəsi, 18)

Uca Allah Qurani-Kərimdə Peyğəmbərinə (Allahın ona salavat və salamı olsun) belə əmr etmişdir: «Sənə tabe olan möminləri qanadının altına al (onlara qarşı təvazökar ol)! Əgər onlar sənə asi olsalar, de: “Şübhəsiz ki, mən sizin etdiyiniz əməllərdən uzağam!» (əş-Şüəra surəsi, 215-216)

Digər bir ayədə isə Muhamməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) öz Rəbbinin bu hökmünü yerinə yetirdiyini görmək mümkündür: «Allahın mərhəməti sayəsində sən onlarla yumşaq davranırdın. Əgər sən kobud və daşürəkli olsaydın, onlar səni mütləq tərk edərdilər. Sən onların günahından keç, onlar üçün bağışlanma dilə və işlər barədə onlarla məsləhətləş». (Ali İmran surəsi 159)

Məgər Allaha iman gətirən və Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) sədaqətli davamçısı olduğunu bildirən bir insan digər müsəlmanlara narahatçılıq törədə, ətrafdakılara kin-küdurət bəsləyə, özünü lovğa və təkəbbürlə apara, daşürəklilik və hətta kobudluq göstərə bilərmi?

İnsanlar Allah rizası üçün elmin sirlərinə yiyələndikdə, onu əməli olaraq həyata keçirməklə yanaşı, təkəbbür hissinin onlara nüfuz etməsinə yol verməməlidirlər.

Allah üçün öyrənilən elmin böyük fəziləti olduğu kimi lovğalanmaq, təkəbbürlük etmək üçün öyrənilən elmin də bir o qədər təhlükəsi var və bu, Allahın qəzəbinə düçar olmağa səbəbdir.

Abdullah ibn Ömər (Allah onlardan razı olsun) rəvayət edir ki, Peyğəm­bər (Allahın ona salavat və salam olsun) dedi: “Kim alimlərin yanında lovğalanmaq, savadsızlarla mübahisə etmək və ya insanları öz tərəfinə çəkmək niyyətilə elm tələb edərsə, oda girər”. (İbn Məca 263. əl-Albani hədisin səhih olduğunu bildirmişdir.)

Özündən razılıq insanın əxlaqına xələl gətirən xüsusiyyətdir. Malı olan kəs malı ilə lovğalandığı kimi elmi olan kəsin də elminə görə özündən razı olması, onun nemətin şükrünü layiqincə verməməsindən irəli gəlir.

Mucahid (Allahın ona rəhməti olsun) demişdir: “İki qrup insan elmə yiyələnə bilməz. Bunlar: utanan, və təkəbbürlü olan şəxslərdir”. («Məcmu ən-Nəvəvi» 1/29)

Elm öyrənməklə özünü mükəlləf etmiş kəs sadəlik və müla­yimlik tərzi göstərərək insanlara yaxın olmalıdır. Təkəbbürlük insanı ətrafdakılardan uzaqlaş­dıran xüsusiyyətdir. Bu xüsusiyyətə malik olan insanın cəzası ilə bağlı varid olan hədislərdən birində Pey­ğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Kim özü­nü dartarsa, yaxud lovğa-lovğa gəzərsə, qüdrətli və əzəmətli Alla­hın hüzuruna (Allahın) ona qəzəbi tut­duğu halda gələr”. (əl-Buxari «Ədəbul-Mufrad» kitabı 549)

Həmçinin, özündən razı alimin cəzası barədə Fudeyl ibn İyad (Allahın ona rəhməti olsun) demişdir: “Uca Allah təvazökarlıq edən alimi sevər, özündən razı olan alimə isə nifrət edər. Kim təva­zökar olarsa, Uca Allah ona hikmət nəsib edər”. («Əl-Fiqhu vəl-mutafaqqih, lilattabi» (2-113))

İnsan daim kamala çatmaq arzusunda olan bir varlıq olduğu üçün əldə etdiyi hər bir şeydən, o cümlədən elm və təhsildən xüsusi zövq alır və əldə etdiyindən mümkün qədər daha artığına nail olmaq istəyir. Elm, insanın qüdrət və bacarığını artırır və ona varlıq aləminə hakim olan həqiqətdən agah olmağa köməklik edir, onu öz ixtiyarına keçirməyə imkan verərək, mənəvi təkamüldə hər bir şeydən təsirli olur. Bu səbəbdən də, elmə yiyələnən şəxslər, hətta ilk addımlarda elmin dərinliklərinə yol tapdıqlarını güman edərək özlərində qürur hissi keçirirlər. Lakin, diqqət yetirmək lazımdır ki, bütün bunlar həqiqi kamala çatmaq üçün sözün əsl mənasında bir vasitədir. Həqiqi kamala çatmaq isə Allaha yaxınlaşmaq deməkdir. Bunun üçün də, elm və təhsil, əxlaqi və mənəvi dəyərlərə yiyələnmək Allah rizası üçün olmalıdır. Lakin, bu hiss bəzən elm tələb edən şəxsi böyük təhlükə ilə üzləşdirir. Yəni, kamala çatmaq hissi onu o qədər özünə cəlb edir ki, üzəri­nə düşən vəzifəni kənara qoyub, tədricən qarşısına qoyduğu məqsəddən uzaq düşür.

Diqqət yetirilməsi zəruri olan digər məsələlərdən biri də bundan ibarətdir ki, bütün elmlərə yiyələnməkdə ən başlıca məqsəd insanın özünü, yaradılış aləmini, bir sözlə Allahı tanımaq olmalıdır. Yalnız bundan sonra insan öz nəfsini paklaşdırıb hədəfə nail ola bilər. Belə ki, elm və təhsildə məqsəd qürur və təkəbbür olarsa və yiyələndiyi elmlə Allahın qarşısında təvazökarlıq etməzsə, bu, nəinki onu kamal və səadətə çatdıracaq, əksinə, bütün insani dəyərlərdən məhrum edəcəkdir. Bunun üçün də elm sahəsində fəaliyyət göstərən şəxslər yiyələndikləri elmdən kamal və səadətə çatmaq üçün bir vasitə kimi istifadə etməlidirlər.

Ardı var inşəAllah…

Beynəlxalq Mədinə İslam Universitetinin məzunu, Ramil Soltanov`un
«İslam ədəbi» kitabının, «Elmin ədəbləri» babından ixtisarla alıntı

Sonda Həmd olsun aləmlərin Rəbbi AllahaElm öyrənərkən 2ci hissə



Elm öyrənərkən 2ci hissəRedaktə etdi-SyamkaElm öyrənərkən 2ci hissə
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.