MaRaQLı və QeyRi Adi MəLuMaTLaR

17 Nisan 2015
5 562
0
MaRaQLı və QeyRi Adi MəLuMaTLaR
MaRaQLı və QeyRi Adi MəLuMaTLaR


1915-ci ildə Türkiyə limanlarının birində Britaniya ordusunun bir bölük əsgəri yürüş keçirirdi. Hava aydın, günəşli idi. Amma səmada 6-8 ədəd qəribə bulud formasında, bulkaya oxşar ağır kütlə vardı. Sonra yerə 60 km. yaxın daha bir kürəşəkilli, amma ağır, qatı və bərk buluda oxşar obyekt sahənin üzərini almağa başladı. Bu hadisəni izləyən komandir əsgərlərə artıq yerə toxunan kütləyə yaxınlaşıb baxmağı əmr edir. 70-80 nəfərlik alay həmin yerə yaxınlaşanda bulud onları öz əhatəsinə alır və yavaş-yavaş yuxarı qalxır. Və əsgərlərdən əsər-əlamət qalmır. Sonradan Britaniya höküməti bu hadisəni cəfəngiyyat adlandırıb, Türkiyədən yoxa çıxmış əsgərlərini geri istəsə də, heç nə əldə edə bilmir. Türkiyə tərəfi isə bölük haqqında heç bir informasiyaya malik olmadığını qəti şəkildə bildirir.

1975-ci ildə Arizona ştatında meşədə ağacqıranlar işləyirdilər. Onlar göy üzündə böyük, işıq saçan disk formalı obyekt görürlər. Fəhlələrdən biri - Trevis Volton maraq xatirinə dəstədən ayrılaraq, diskin altında dayanır. Bir anın içində diskdən çıxan ildırımaoxşar elektrik Trevisi vurur. Bunu görən fəhlələr qaçmağa başlayır. Sonradan onlar polislərlə hadisə yerinə qayıdanda Trevisdən əsər-əlamət görməyiblər. Onun axtarışı 1 həftə davam etsə də heç bir nəticə verməyib. Amma bir gün gözlənilmədən Trevis sağ-salamat peyda oldu və çox qəribə şeylər danışmağa başladı. O, diskdən çıxan mavi rəngli məxluqların onu özləri ilə apardıqlarını deyirdi. Psixoloq, polis və «yalan detektoru» işə qarışandan sonra Trevisin cəfəngiyyat danışmadığı məlum oldu.

1987-ci ildə Sankt-Peterburqda yaşayan mühəndis öz mənzilindən izsiz yoxa çıxdı. Qəribəsi o idi ki, 7-ci mərtəbədə yerləşən mənzildə bütün qiymətli əşyalar və pul toxunulmamış qalmışdı.

Elçin Rəşidli
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.