•°• Səninlə söhbətim •°•

15 Nisan 2015
1 426
0
•°• Səninlə söhbətim •°•
•°• Səninlə söhbətim •°•

Bax... Yenə axşam oldu... Yenə tək qaldıq ikimiz... Sən və Mən!
Bəzən buz kimi otaqda bəzən isə isti otaqda qaldıq baş-başa... Çox yordum səni dərdlərimlə...
Bəzən söhbətlərimizdə qınadın məni bəzən isə mən qınadım səni. Uşaqkən varlığının fərqində deyildim...
İllər ötdü və sinəmdəki acı sayəsində anladım ki, sən varsan. İlk o gün danışdın, ilk o gün duydum səni.
"Bəsdi, yetər bu qədər qəm! Günahım nədir?!" deyərək, dilləndin... Mən isə yalnızca səbirli ol deməklə, sakitləşdirdim səni...
http://www.jblog.fr/images/billets/0019/mini_500_19625.gif
Ən çox gecələrdən qorxdum. Yenə səninlə tək qalacağımdan qorxdum. Yenə istəmədən baş tutacaq o söhbətimizdən qorxdum...
Səhər üzümdə gülümsəmə yaratsanda, gecələr incitdin məni... "Niyə bu qədər yalan gülüşlərdə yorursan məni?" deməyin incitdi...
http://www.jblog.fr/images/billets/0019/mini_500_19625.gif
Dostarımda özüm bilmədən özüm kimi dərdli insanlar oldu... Bax, o an bildim tək olmadığımı. Bəzən məni bezdirən bu yaşayışa son qoymaq istədim.
2 körpə və sən qoymadın bunu etməyə... O iki körpənin ürəkdən gülməsi həyatdan tutunmağı öyrətdi sənə...
Bəzən mən sussamda sən danışdın mənim adımdan. Olmayanlardan danışıb, sevindirdin kimlərisə...
http://www.jblog.fr/images/billets/0019/mini_500_19625.gif
Qəh-qəhələr çəkib güldün, bəzən xoşbəxtlik göründü çöhrəndə, qürurundan əyilmədin, amma tək qalanda isə hönkürtülərin ilə nalə çəkib niyə bunları yaşadığını soruşdun Allahdan... Sənə ən çox qəzəbim düşmənlə dostunu bir tutduğunda başlayır. Səni ağladanları güldürəndə qəzəblənirəm sənə!
http://www.jblog.fr/images/billets/0019/mini_500_19625.gif
Bax, buda səninlə daha bir söhbətim.. Kim bilir? Bəlkədə bu sonuncu söhbətimiz olacaq. Bu qədər dərdə dözsən, amma hələ çox birlikdə olacıq.
Bəlkədə mənim qəlbim olduğun üçün çox peşmansan, amma sənin kimi dözümlü qəlbim olduğu üçün çox xoşbəxtəm...


Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.