Cümə söhbətləri
Allahın Peyğəmbəri (s) belə buyurmuşdur: “Mən əslində gözəl əxlaqları kamilləşdirmək üçün seçilmişəm”
Bismilləhir-Rahmənir-Rahim!
Rəbiül-əvvəl ayının 17-də (bu il üçün 21.02.2010) Əziz Peyğəmbərin (s) mövlud günüdür. Bir kəsin mövlud günüdür ki, mövcud olan hər bir şey məhz ona görə xəlq olunub. Bir kəsin dünyaya gəlişi günüdür ki, bütün yer və göy onun qarşısında təzim edir. Bir kəsin mövlud günüdür ki, o, sonuncu rəsul olaraq, sonuncu peyğəmbər olaraq, sonuncu nəbi olaraq, sonuncu elçi olaraq insanların xilas olması üçün Rəbbimiz tərəfindən göndərilib.
ALLAHIN BƏNDƏSİ KİMİ TANINDI
Həzrət Muhəmməd Mustəfanın (s) mövlud günüdür. Bu gün Zəhralar (ə), Əlilər (ə), Həsənlər (ə), Hüseynlər (ə), Səccadlar (ə), Baqirlər (ə), Sadiqlər (ə), Kazimlər (ə), Rzalar (ə), Təqilər (ə), Nəqilər (ə), Əsgərilər (ə) və Zəmanə Sahibi (ə.f.) kimi bir nurani şəxsiyyətlər yetişdirən bir kəsin mövlud günüdür. Bir kəsin mövlud günüdür ki, bəşəri zülmətdən çıxartdı. Bəşərə son olaraq çıxış yolunu təqdim etdi.
Quranı insanlar üçün Rəbbi tərəfindən əmanət gətirib və insanlara təqdim edən bir böyük insanın doğum günüdür. Bu gün bir insanın ad günüdür ki, bir insanın mövlududur ki, tayfası ilə, nəsli ilə, varı ilə, dövləti ilə, elmi dərcəsi ilə, milliyyəti ilə, rəngi ilə və başqa-başqa dəyərləri ilə özünü meydana çıxarmadı. Əbdullah olaraq - Allahın bəndəsi kimi Rəbbi tərəfindən təqdim edildi.
Latın, Uzzanın (cahiliyyə dövrünün Ərəbistanında insanların tapındığı bütlərin adlarıdır - red), şəxsiyyətsizlərin, ləyaqətsizlərin qulu və bəndəsi yox, Allahın bəndəsidir Muhəmməd Mustəfa (s)!
O kəsin mövlududur ki, bizə bir çox şeyləri anlatdı. Bizə xurafatdan çıxmağı, cahillikdən çıxmağı, elmə tərəf, nura tərəf getməyi öyrətdi. Bizə elə kəsləri tərbiyə edib verdi ki, onların ətəyindən yapışsaq, hidayət olacağıq. Bizə Əliyyən-Mürtəzanı (ə) təqdim etdi. Bizə Zəhranı (s.ə.), Həsəni (ə), Hüseyni (ə) tanıtdı. Bizə Baqiri (ə), Sadiqi (ə) təqdim etdi.
Öz mübarək missiyası barədə Allahın Peyğəmbəri (s) belə buyurmuşdur: “Mən əslində gözəl əxlaqları kamilləşdirmək üçün seçilmişəm”.
Bəli, gözəllik və əxlaq. Hər nə gözəllik və əxlaq anlamında ehtiva olunursa, onun ən kamil daşıyıcısıdır, ən kamil tamamlayıcısıdır Peyğəmbəri-Əkrəm (s). İnsanları insanlığa dəvət etməyə, yüksək İlahi missiyaya qaytarmağa, yaradılış fəlsəfəsinə uyğun yaşamaq üçün çağırmağa gəlmişdi Rəsuli-Əkrəm (s).
İmam Cəfər Sadiq (ə), “Peyğəmbərləri hansı yolla sübuta yetirərsən?” deyə soruşana: “Çünki sübut etmişik ki, bizdən və bütün yaratdıqlarından üstün bir yaradanımız vardır. O yaradan hikmət sahibi və ucadır. Belə ki, yaratdıqlarının onu görüb toxunmaları, bunun nəticəsində isə bir-birilə vasitəsiz birbaşa əlaqə yaradıb bəhs və mübahisə etmələri rəva deyil. Sübut olundu ki, öz yaratdıqları arasında Onun sözlərini bəndələrinə və yaratdıqlarına bəyan edərək onları xeyirlərinə, mənafelərinə, əbədi qalmaq və məhvolma amillərinə yönəldən elçi və nümayəndələri var”, - deyə buyurmuşdur.
İNSANLARIN TƏBİBİ
Peyğəmbərimizin mübarək missiyası barədə İmam Əli (ə) buyurub: “(Allah Təala) Peyğəmbəri onların arasından seçdi və peyğəmbərlərini dalbadal onlara göndərdi ki, fitrətlərində qoyulmuş ilahi əhdə əməl etmələrini istəsin. Onun unudulmuş nemətini yadlarına salsın və ilahi əmri çatdırmaqla hüccəti onlara tamam etsin və onların ağıl xəzinələrini çölə çıxararaq (Allahın) qüdrət nişanələrini onlara göstərsin”.
Belə bir böyük və nəcib missiyası var Allah Elçisinin (s). İnsanların yüksək missiyasını onların yadına salmaq. Fitrətlərində qoyulmuş İlahi əhdə əməl etməyə dəvət etmək. Əqlani varlıq olan insanı əqlin əsasında yaşam sürməyə yönəltmək. Nemətin nə olduğunu xatırlatmaq.
Həzrət Peyğəmbər (s) bir kamil insan nümunəsiydi. İnsanlar onun mübarək vücudunun sadəcə varlığından, onun misilsiz əxalqi keyfiyyətlərindən bəhrələnməklə hidayət yolunun yolçusu olurdular. İmam Əli (ə) buyurmuşdur: “Nəhayət, Allah Təala Həzrət Muhəmmədi (s) şahid, müjdəçi və qorxudan kimi göndərdi. Uşaqlığında insanların ən yaxşısı, orta yaşlarında yaradılmışların ən nəcibi idi. Əxlaq və xisləti bütün paklardan pak idi. Səxavətlilik və əliaçıqlığı (bütün) səxavətlilərdən daha çox və davamlı idi”.
Dinimiz Peyğəmbəri-Əkrəmin (s) nəcib vəzifəsinin, cahiliyyət mərəzi ilə yaralanan insan qəlblərinə sağlamlıq bəxş etmək olmasına diqqət çəkir. Həzrət Əli (ə) bəlağətilə bu həlimlik missiyası belə çatdırılır: “O, öz elmi ilə insanların arasında gəzən bir təbib idi. Məlhəmlərini düzəldib hazırlamışdı və dağlamaq alətlərini qızdırmışdı. Onları lazım olan yerə - kor qəlblərə, kar qulaqlara və lal dillərə basardı. O, öz dərmanı ilə hikmət nurundan işıq götürməmiş və parlaq elmlərin çaxmağı ilə bir alov şölələndirməmiş, gövşəyən heyvanlar və daş parçası kimi olan şəxslərdə qəflət və sərgərdanlıq xəstəliyini müalicə edirdi”.
Hikmətin nurundan məhrum olan, bioloji fərd səviyyəsində olan milyonlarla insanı bəşərin ən qabaqcıl toplumuna çevirdi qısa bir müddətdə bu mübarək İlahi Təbib. Elmin, zəkanın bəşəriyyətə təqdimatçısı etdi daş parçası tək elmsiz və gərəksiz bir insan cəmini. Və həmin ziyanın şölələri buğünədək işıqlandırır bəşərin yolunu, və inşəallah, Qiyamətədək də işıqlandıracaq!
MƏNDƏN SONRA SÜNNƏ OLSUN...
Peyğəmbəri-Əkrəmin (s) mübarək şəxsiyyəti bir maqnit kimi insanları paklığa, təmizliyə, intibaha sövq edirdi. O Həzrətin (s) misilsiz insani keyfiyyətləri mübarək zatında idi. Daxilindən gələn nuru ilə onu sadəcə görən hər bir insanı xilas yoluna yönəldirdi. İmam Əli (ə) Həzrət Peyğəmbərin (s) vəsfində buyurub: “O, insanların ən səxavətlisi, ən şücaətlisi, ən doğruçusu, əhd-peymana ən vəfalısı, ən mülayim xasiyyətlisi və ən alicənab rəftarlısı idi. Kim onu ilk dəfə görsəydi, Peyğəmbərin (s) zəhmi onu basardı. Onunla qaynayıb-qarışan və tanıyan şəxs onu sevərdi. Nə keçmişdə, nə də indi onun kimisini görməmişəm”.
Çox mehriban idi insanlarla Peyğəmbərimiz (s). Mərhəmətli və şəfqətli qəlbi mübarək vücudunda əks olunurdu. Səhabələrdən olan Abdullah ibn Haris deyir: “Mən dodağında Peyğəmbərdən (s) çox təbəssüm olan bir adam görmədim”.
Digər səhabə Məhəmməd ibn Hənəfiyyə maraqlı bir çalara diqqət çəkir: “Allahın Peyğəmbəri (s) demək olar ki, heç vaxt bir şeyə «yox» deməzdi. Ondan bir şey istənilən zaman, onu yerinə yetirmək istəyəndə «bəli» deyərdi. Yerinə yetirmək istəməyəndə isə sakit durardı və nəticədə həmin şəxs başa düşərdi ki, o Həzrətin həmin işə meyli yoxdur”.
Peyğəmbərimiz (s) ədalətdə o qədər diqqətli idi ki, kiçicik məsələlərdə belə bunu təmin edərdi. İmam Cəfər Sadiq (ə) buyurub: “Allahın Peyğəmbəri (s) baxışlarını öz səhabələri arasında bölərdi və onların hər birinə bərabər həddə baxardı”.
Şücaətlilikdə də misli yox idi Peyğəmbərimizin (s). İmam Əli (ə) buyurur: “Döyüş qızışanda və iki qoşun bir-birinin canına düşəndə, biz Allahın Peyğəmbərinə sığınırdıq və heç kəs düşmənə o Həzrətdən yaxın olmurdu”.
Heç kəsi diqqətdən qaçırmırdı Rəsuli-Əkrəm (s). Öz mübarək diqqətindən hamiya pay çatdırardı. Çox mehriban idi. Ənəs deyir: “Peyğəmbərin xasiyyəti belə idi ki, qardaşlarından birini üç gün görməyəndə, onun vəziyyəti ilə maraqlanardı. Əgər həmin şəxs səfərə getmiş olsaydı, onun barəsində dua edər, şəhərdə olsaydı görüşünə gedərdi və əgər xəstələnmiş olsaydı, ona dəyərdi”.
Özündən sonra həqiqi təvazökarlıq məktəbi qoyub Peyğəmbərimiz (s). Ümmətin sosial pilləsində ən aşağıda duran insanlarla, kasıb və ehtiyaclı kateqoriya ilə ünsiyyəti daimi idi onun. Şahlardan üstün bir məqama malik olmasına, bir kəlməsi ilə milyonların müqəddəratını həll edəcək qədər səlahiyyətə malik olmasına baxmayaraq, hər zaman təvazökarlığın nə olması dərsini insanlara gerçəkdə keçərdi. Həzrət Peyğəmbərin (s) özü bu əlaqədə buyurub: “Nə qədər ki sağam, beş şeyi - yerdə qullarla yemək yeməyi, palansiz uzunqulağa minməyi, keçini öz əlimlə sağmağı, yun paltar geyinməyi və uşaqlara salam verməyi tərk etməyəcəyəm ki, onlar məndən sonra sünnə olsunlar”.
Peyğəmbərimiz (s) istədi ki, ondan sonra təvazökarlıq bir sünnə - yerinə yetirilməsi təkidlə tövsiyə olunan bir kateqoriyaya aid edilsin. O Həzrət (s) istədi ki, müsəlman adına iddialı insanın ayrılmaz xüsusiyyəti təvazökarlıq olsun, mömin bu xisləti ilə tanınsın. Bu qədər məsuliyyət var üzərimizdə.
HƏR DƏFƏ TƏVAZÖKARLIĞI SEÇDİ...
Peyğəmbərimizin (s) vəsfedilməz təvazökarlığı barədə İmam Muhəmməd Baqirdən (ə) belə nəql edirlər: “Cəbrayil (ə) yerin xəzinələrinin açarlarını üç dəfə Peyğəmbərin (s) yanına gətirdi və Allah Təalanın onun üçün Qiyamətdə hazırladıqlarından bir şey azaltmaması şərti ilə onu, onları seçməkdə azad qoydu. Lakin Peyğəmbər (s) hər dəfə Allah Təala qarşısında təvazökarlığı seçdi”.
Ümmətin Peyğəmbərinin (s) dünya malından bir şeyi qalmadı özündən sonra. Nəyi vardısa, miskinlərə, ehtiyaclılara verərdi. İmam Baqir (ə) buyurur: “Allahın Peyğəmbəri (s) irs olaraq nə bir dinar qoyub getdi, nə bir dirhəm, nə qul, nə kəniz, nə qoyun və nə də dəvə. Vəfat edən zaman onun zirehi Mədinə yəhudilərindən birinin yanında girov qoyulmuşdu. Həzrət onu, ailəsi üçün altmış kiloqram arpa borc götürməyin müqabilində girov qoymuşdu”.
Digər yerdə İmam Muhəmməd Baqir (ə) Məhəmməd ibn Müslim adlı şəxsə xitabən mühüm bir aydınlaşdırıcı məqama toxunur: “Ey Məhəmməd! Səncə Allahın Peyğəmbəri (s), Allah onu peyğəmbər kimi göndərəndən canını alana kimi üç gün dalbadal doyunca buğda çörəyi yeyib?”. İmam (ə) sonra özü cavab verərək buyurdu: “And olsun Allaha, xeyr! O Həzrət Allah onu göndərəndən canını alana kimi heç vaxt üç gün dalbadal doyunca çörək yemədi.
Bilin! Mən onun (yeməyə) bir şey tapmamasını demək istəmirəm. O Həzrət bəzən bir nəfərə yüz dəvə hədiyyə edərdi. Deməli, yemək istəsəydi, yeyərdi”.
Bəli, böyük-böyük imkanların müqabilində, ümmətin ən kasıbının səviyyəsində yaşayırdı Peyğəmbərimiz (s). Hətta yeməyi də doyunca yeməzdi. Zərrədək bu dünyaya bağlantısının olmaması öz yerində, insanlara dəryalartək ibrət qoyub, həyat dərsi qoymuşdur Peyğəmbərimiz.
6-cı İMAMIN (ə) MÖVLUDU
Peyğəmbərimizlə eyni gündə 6-cı İmamımız Həzrət Cəfər Sadiqin (ə) də mövlududur. Bir kəsin mövlududur ki, bugünkü elmi sıçrayışına görə dünya gəlib onun qarşısında təzim etməlidir. Allahın Peyğəmbəri (s) o Həzrət (ə) barəsində buyurub “Oğlum Cəfər ibn Məhəmməd ibn Əli ibn Hüseyn ibn Əli ibn Əbutalib dünyaya gələndə onu Sadiq adlandırın”.
Bugünkü Oksfordlar, Kembriclər yox idi Sadiq (ə) elmi akademiyası, Sadiq (ə) hövzələri, Sadiq (ə) elmi mərkəzləri olanda. Dünya elm nədir, bilmirdi. Dünya hələ elmi inkişafı mənfi bir şey kimi qiymətləndirirdi. O zaman atası Baqirin (ə) elmi yarıb, bəşərə təqdim edib qoyduğu məktəbi zirvəyə çatdırdı. Dünya məktəb nədir, parta nədir, akademiya nədir, dini mərkəz nədir bilmədiyi halda, dünyaya elm nədir, elm öyrətmək nədir və müəllim kimdir, tələbə kimdir dərsini təqdim etdi İmam Sadiq (ə). O çeşmədən sonralar çoxları çıxdı.
Bu gün müsəlmanlar çox məsuliyyətli dövrdə yaşayırlır. Xoş sözlər müsəlmanlar üçün çox deyilib. Amma təəsüflər olsun yalnız o xoş sözlərlə çox irəli getmək mümkün deyil. Təəsüflər olsun müsəlmanlar bu gün Peyğəmbərlərinə (s), İmamlarına (ə) layiq olan bir ümmət deyillər. Çox az bir qisim insanı istisna etsək, təəsüflər olsun ki, müsəlmanların əksəriyyəti o cür böyük bir insanların ətəyindən yapışmayıb, müsəlmanların bir çoxunun yalnız adları müsəlman olaraq qalıb! Təəssüflər olsun ki, müsəlman adlanan insanların bir çoxu zəlillik, qaraguruhçuluq, tərki-dünyalıq, və başqa-başqa mənfiliklər girdabındadılar və yaxud da balaştək dinindən utanan bir durumdadır.
Bu gün müsəlmanlar dünyada o İslama olan böyük gəlişin, böyük sıçrayışın qarşısını özləri tormozlayır. Bu gün müsəlmanların durumuna baxıb, digər insanlar, şüurlu insanlar tərəddüd edir, İslama gəlməkdə ləngiyir. Bizim toplumumuzda da, əfsus ki, belədir.
Böyük bir məsuliyyətimiz var. Hər danışdığımızın, hər sözümüzün, hər oturuşumuzun, hər duruşumuzun, hər müvəffəqiyyətimizin, hər məğlubiyyətimizin mübarək İslam dininin təbliğinə təsiri var. Bu baxımdan çox düşünməli, çox diqqət yetirilməli və məsuliyyətimizi dərk etməliyik. Allah eləməsin bizlər insanların İslamdan uzaq düşməsinə səbəb olaq. Allah eləməsin əxlaqımızla, xurafatımızla, qaraguruhçuluğumuzla, dünyaya bağlılığımızla insanların dindən uzaqlaşmasına səbəb olaq.
Rəsulallahın (s) və İmam Sadiqin (s) mövlud günüdür. Gözəl bir fürsətdir. Daxilimizə yenidən bir nəzər salaq. Bu gün Rəsul (s) mövlududur, İmam Sadiq (ə) mövlududur. Özümüzə bir nəzər salaq. Necə ki, vaxtaşırı fiziki, cismani yönümümüzə diqqət edib nəzarətdə saxlayırıq, bu gün, gözəl mənəvi bir bayram günündə öz vücudumuza bir nəzər salaq. Yenidən baxaq. Bildiyimizə nə qədər əməl edirik? Keçən il çox maariflənirdik, yoxsa bu il? Keçən il elmin daha çox teşnəsi idik, yoxsa bu il? Keçən il çox ziyarətlərə gedirdik, ya bu il? Əgər Allah eləməsin, geriləmişiksə, deməli nəsə baş verir. Gərək təcili məşğul olaq özümüzlə.
Bu gün gözəl bir gündür. Və böyük Peyğəmbərə (s) ən böyük hədiyyə, elə özümüzə bir nəzər salmaq olardı.
Çıxaq mənəvi böhrandan. Nəzər salsın bizə Allah. Hidayət etsin bizi Allah. Heç zaman Əhli-Beytdən (ə) ayrı salmasın bizi Allah!
Allahım! Bütün dünya müsəlmanlarını dünya və axirətdə Peyğəmbər (s) və Əhli-Beytindən (ə) ayrı salma!
Allahım! Müsəlman torpaqlarının, xüsusən də Qarabağın və Qüdsün tezliklə azadlığını nəsib et!
Allahım! Xalqımızı elmli, mənəviyyatlı, vicdanlı bir durumda qərar ver!
Allahım! Zəmanə Sahibinin (ə.f.) tezliklə zühur etməsini nəsib et! Bizləri o mübarək şəxsin zühurunu tezləşdirənlərdən qərar ver! AMİN