Mövlud şəhidlik gününə düşə bilərmi?

01 Mayıs 2015
2 112
0
Mövlud şəhidlik gününə düşə bilərmi?
Mövlud şəhidlik gününə düşə bilərmi?
Mövlud şəhidlik gününə düşə bilərmi?
Ya Zəhra (ə)!


İnsan varlığı təzadların toplumudur. Eyni adı daşıyan varlıq, təkamülün nəticəsində mələklərin səcdəgahına çevrilə bilər. Eyni adı daşıyan varlıq, tənəzzülün ən dibinə də enə bilər.
Amma bütün bunları bilməyə rəğmən, Peyğəmbərin (ə) vəfatından sonra baş vermiş bir vəhşiliyi bəndeyi-həqir öz zehnində yerəşdirə bilmir.
Hicri qəmərinin 11-ci ili.
Rəbiul-əvvəlin 7-si.
Mədineyi-Münəvvərə.
Əhli-Beytin (ə) yaşadığı nurani BEYT!!!
Nanəciblər tərəfindən yandırılan və şiddətlə itələnən qap ilə divarın arasında qalan Həzrət Fatimeyi-Zəhra (s.ə.).
Anası Zəhranın (s.ə) bətnində şəhadətə yetişən adını Peyğəmbər (ə) qoymuş Əli (ə) balası, Həsəneynin İmam Həsən (ə) və İmam Hüseynin (ə) qardaşı – Həzrət Möhsün (ə).
Məncə əlavə şərhə ehtiyac yoxdur...

***

Əmirəlmöminin (ə) buyurur: “Qiyamət günü əgər siqt olunmuş övladlarınız, bir halda ki, onlara ad qoymamısınız, sizi görərsə, siqt olunmuş atasına deyər: Niyə mənim üçün ad təyin etmədin, bir halda ki, Peyğəmbər (s) Möhsinə (ə) dünyaya gəlməkdən öncə adını qoymuşdur”.

Əsma deyir: “Həzrət Zəhranın (s) evinə daxil olduq bir halda ki, Həzrət (s.ə.) öz cənininin (ana bətnində olan uşaq) artıq siqt etmişdir. Həmin (övladı) ki, Peyğəmbər (ə) onu Möhsin adlandırmışdır”.

***

Bir sual səslənir sanki göylərdən:
“Mövlud şəhidlik gününə düşə bilərmi?!”
Yenə göylərdən bir cavab gəlir:
“Möhsün-can, şəhadətli mövludun mübarək olsun!”.
Mövlud şəhidlik gününə düşə bilərmi?

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.