Mədinə şəhərində Həzrət Peyğəmbərin ziyarəti
Mədinə şəhərində Həzrət Peyğəmbərin ziyarəti
Həzrət Peyğəmbər (s) buyurmuşdur: Hər kəs mən sağ olarkən və ya vəfatımdan sonra ziyarət edərsə, sanki Allah təalanı ziyarət etmişdir."
Mərhum himyəri "Qurubul-isnad" kitabında İmam Cəfər Sadiq (ə)-dan nəql etmişdir ki, Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Hər kəs məni sağ olarkən və ya vəfatımdan sonra ziyarət edərsə, Qiyamət günündə onun şəfaətçisi olaram."
Ayrı bir hədisə əsasən İmam Cəfər Sadiq (ə) bayram günlərinin birində Mədinə şəhərinin birində idi. O Həzrər Peyğəmbər (s)-ın ziyarətinə gedib, salam verdikdən sonra buyurdu: "Biz, istər Məkkə, istərsə də Məkkədən başqa bütün şəhərlərin əhalisindən üstünük.
Şeyx Tusi (rəhmətullah ələyh) özünün "Təhzib" kitabında Yəzid ibni Əbdulməlikdən, o da atasından və atası da babasından nəql etmişdir ki, bir gün Həzrət Fatimeyi Zəhra (s,ə)-nın huzuruna getdim. O həzrət mənə salam buyurduqdan sonra soruşdu:
"Nə üçün gəlmisən?"
Ərz etdim: "Bərukət və savab qazanmaq üçün gəlmişəm."
Həzrət buyurdu: "Atam (həzrət peyğəmbər) mənə xəbər verdi ki, hər kəs ona və mənə üç gün salam verərsə, Allah təala Cənnəti ona vacib edər."
Ərz etdim: "(Bu) o həzrət ilə sizin sağ olan halınıza aiddirmi?
Həzrət buyurdu: Bəli (həm) sağ halımıza həm də vəfatımızdan sonraya (aiddir).
Əllamə Məclisi (rəhmətullah ələyh) buyurub: "Abdullah ibni Abbasdan nəql olunmuş mötəbər bir hədisdə deyilir ki, həzrət peyğəmbər (s) buyurmuşdur:
"Hər kəs imam Həsən (ə)-ı Bəqi qəbirstanlığında ziyarət edərsə, ayaqlar büdrəyən gün, (Qiyamətdə), onun ayaqları Sirat körpüsündə sabit qalar (və büdrəməz)."
Şeyx Tusi (rəhmətullah ələyh) "Təhzib" kitabında yazır ki, hər kəs imam Həsən Əskəri (ə) və onun atası Həzrət Muhəmməd Baqir (ə)-ı ziyarət edərsə, göz ağrısı çəkməz, ona heç bir xəstəlik çatmaz və xəstəlikdən ölməz."